Skip to content
17 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir
  • Gündəm

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

“WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir”. Bu sözləri APA-ya açıqlamasında
Cavidan 10 Aprel, 2026
69d8d0e2a6b9a69d8d

“WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir”.

Bu sözləri APA-ya açıqlamasında memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

O bildirib ki, WUF (World Urban Forum) BMT-nin şəhər inkişafı üzrə əsas qlobal platformalarından biridir: “Bu platforma şəhərsalma siyasətlərinin formalaşdığı mühitdir və burada müzakirə olunan yanaşmalar xüsusilə dayanıqlılıq, iqlim adaptasiyası və inklüziv urban inkişafı milli səviyyədə normativ və institusional çərçivələrin yenilənməsinə birbaşa təsir göstərir. Bu forum yalnız ideya mübadiləsi deyil, eyni zamanda, qlobal urban siyasətlərin istiqamətini müəyyən edən konsensus mexanizmidir. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın bu qlobal diskursda iştirak səviyyəsinin yüksəldiyini və ölkənin regional urban inkişaf mərkəzi kimi mövqeləndiyini göstərir. Bu, xüsusilə sürətli urbanizasiya, infrastruktur transformasiyası və post-münaqişə ərazilərində yeni şəhər modellərinin qurulması kontekstində əhəmiyyətlidir.

Memarlığın sistem yönümlü rolu və şəhərsalma siyasətlərinə təsiri

Memarlıq artıq obyekt yönümlü fəaliyyət deyil, sistem yönümlü müdaxilə alətidir. Müasir dövrdə memar şəhərsalma siyasətlərində məkanın təşkilindən əlavə, sosial davranış modellərinin formalaşdırılması, resurs effektivliyi və karbon izinin optimallaşdırılması kimi kritik parametrlərə təsir edən faktor kimi çıxış edir.

WUF13 forumu çərçivəsində dayanıqlı planlama, resurs effektivliyi, iqlimə davamlı şəhər sistemləri və inklüziv inkişaf modelləri müzakirə ediləcək. Bakının ev sahibliyi burada yalnız təşkilati rol deyil. Bu, şəhərin özünü qlobal urban laboratoriya kimi təqdim etməsi və lokal təcrübəni beynəlxalq praktikalarla sintez etməsi üçün platformadır”.

WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir

Memar qeyd edib ki, WUF13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma və şəhərsalma prosesinə ciddi strateji dəyər qatır: “Bu bölgələr “sıfırdan qurulan şəhərlər” kimi müasir urban prinsiplərin tətbiqi üçün unikal imkan yaradır. Forum vasitəsilə smart şəhər modelləri, enerji effektiv həllər və dayanıqlı planlama yanaşmaları bu ərazilərdə daha sistemli şəkildə tətbiq oluna bilər.

Eyni zamanda, WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir. Bu, planlama prosesində səhvlərin minimuma endirilməsi, daha çevik idarəetmə və effektiv resurs istifadəsi deməkdir. Paralel olaraq, forum yeni investisiya imkanları yaradır və dövlət-özəl tərəfdaşlıqların genişlənməsinə təkan verir. Nəticə etibarilə, WUF13 ölkə üçün həm reputasiya kapitalı, həm də uzunmüddətli urban strategiyaların yenilənməsi baxımından kritik mərhələdir”.

Post navigation

Previous: BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək
Next: MİDA-nın bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 162354
  • Dünya

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 154057
  • Gündəm

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 144058
  • Dünya

İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (193)
  • Kriminal (269)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Screenshot_20260817_123544_com_android_chrome_ChromeTabbedActivity 1
  • Siyasət

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust, 2026
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb Screenshot_20260817_121213_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

17 Avqust, 2026
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib Screenshot_20260817_113528_com_android_chrome_ChromeTabbedActivity 3
  • Siyasət

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

17 Avqust, 2026
Qaradağda yük maşını aşıb Screenshot_20260817_103637_com_android_chrome_ChromeTabbedActivity 4
  • Kriminal

Qaradağda yük maşını aşıb

17 Avqust, 2026
Premyer Liqada I tura bu gün yekun vurulacaq Screenshot_20260817_092609_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Premyer Liqada I tura bu gün yekun vurulacaq

17 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (193) Kriminal (269) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.