
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan parlamentinin vitse-spikeri Rafael Hüseynov və Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz strateji tərəfdaşlığımızı dərinləşdirir və parlamentlərarası əlaqələri möhkəmləndiririk”, – o yazıb.
[center][img]https://azadmedia.az/uploads/posts/2025-05/1748351594_ekran-kli-2025-05-27-171152.png[/img][/center]