Skip to content
3 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Mədəniyyət
  • Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • Gündəm
  • Mədəniyyət

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib. Bu tarix
Cavidan 18 Sentyabr, 2026
100539 c

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib.

Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 118 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Sonrakı: “Formula 1” yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Bölmənin digər xəbərləri

ohPBFhYST6 j5pkgHnQNAc_1200
  • Dünya

ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək

Cavidan 3 Noyabr, 2026
0dkUfYu77wv6FgH_1200
  • Gündəm

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Cavidan 3 Noyabr, 2026
N0vGQtOm4kLIFB V200
  • Cəmiyyət

Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq

Cavidan 2 Noyabr, 2026

Teqlər

1Password 4Sİ Akademiyası 4SİM Android AnTuTu Apple AzInTelecom Azərbaycan biznes Blokçeyn Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pura 90 Plus Reytinq Rəqəmsal aktivlər Rəqəmsal Layihələr Rəqəmsal İmza Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər TravelLite Təhlükəsizlik Waymo WebTrust for CA World İKT İlon Mask İnternet Mükafatı İT xəbərləri İş

Bölmələr

  • Cəmiyyət (3. 396)
  • Dünya (1. 112)
  • Gündəm (3. 499)
  • İdman (259)
  • İqtisadiyyat (174)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (310)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (49)

Xəbər Trendi

ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək ohPBFhYST6 j5pkgHnQNAc_1200 1
  • Dünya

ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək

3 Noyabr, 2026
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib OCMDVUlrrg3xfQvJL_1200 (1) 2
  • Cəmiyyət

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

3 Noyabr, 2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib 3
  • Cəmiyyət

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib

3 Noyabr, 2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib pwYiEcnFbsdAcJi vwgnxy_1200 4
  • Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

3 Noyabr, 2026
Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər DSWkyEvoqyQFvlq16u9v4voQuX6zJ_1200 5
  • Cəmiyyət

Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər

3 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3396) Dünya (1112) Gündəm (3499) Kateqoriyasızlar (246) Kriminal (310) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (49) İdman (259) İqtisadiyyat (174)

Sayt üzrə statistika

  • 0
  • 203
  • 141
  • 9. 200

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.