Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub
  • Mədəniyyət

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Konstitusiya
Cavidan 13 May, 2026
Screenshot 2026-05-13 175625

Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda, kitabda Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Ümummilli Liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalq və dövlət qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.

Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi altında işlədiyi dövrə dair şəxsi xatirələrini və müşahidələrini də oxucularla bölüşüb. Heydər Əliyevin imzası ilə qəbul edilmiş tarixi əhəmiyyətli hüquqi sənədlər, arxiv foto-materialları barədə məlumatlar verilib.

Tədbirdə çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında xidmətlərinin misilsizliyini vurğulayıb. Zaman keçdikcə Ulu Öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini, belə şəxsiyyətlərin nəinki əsrdə, minillikdə bir yarandığını bildirib.

F.Məmmədov qeyd edib ki, Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqqında yüzlərlə kitablar nəşr edilib: “Ulu Öndərin etimadı ilə məsul vəzifələrdə çalışmış bir şəxs kimi özümə mənəvi borc bildim ki, Heydər Əliyevin hüquq institutlarının, xüsusilə ədliyyə orqanlarının və məhkəmələrin səmərəli fəaliyyəti ilə bağlı gördüyü işləri və həyata keçirdiyi islahatları tarix üçün həkk edim. Kitabda 1969-cu ildən başlayaraq Ümummilli Liderin bütün dövrlərdəki fəaliyyəti əks olunub. Bu zaman dahi şəxsiyyət Heydər Əliyevin dövlət fəaliyyətinə, xüsusilə də Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş işlərə nəzər salınıb”.

Təqdimat mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəməsinin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyev, ictimaiyyət nümayəndələri çıxış edib, Ümummilli Liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən danışıblar. Bundan başqa, onun hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların və dövlətçilik irsinin təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi, “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının bu sahədə yaxşı vasitə olduğu, kitabın dərs vəsaiti kimi istifadəsinin əhəmiyyəti vurğulanıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
Next: Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-11 104958
  • Mədəniyyət

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Cavidan 11 İyun, 2026
Screenshot 2026-06-10 114008
  • Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-04 091705
  • Mədəniyyət

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Cavidan 4 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.