Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Mədəniyyət
  • Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
  • Mədəniyyət

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir. Bununla bağlı “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi təklif
Cavidan 24 Fevral, 2026
3420cfb5-2486-3d b

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir.

Bununla bağlı “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişiklik barədə məlumat verilib ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

Qeyd olunanları nəzərə alaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanmışdır.

Eyni zamanda, sözügedən Qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməmişdir. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası”nda və digər sənədlərdə istifadə edilmişdir. Bu xüsusda, layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb
Sonrakı: Rusiyanın belini qıran mübaribənin 4-cü ili – TƏHLİL

Bölmənin digər xəbərləri

433567 v
  • Mədəniyyət

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib

Cavidan 13 Noyabr, 2026
UAX6Bi71qp1i79Ec5Vxv
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

Cavidan 13 Oktyabr, 2026
100539 c
  • Gündəm

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Cavidan 18 Sentyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science Smartfonlar Sony spacex Starlink startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 446)
  • Dünya (1. 129)
  • Gündəm (3. 526)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (70)

Xəbər Trendi

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı 1
  • Texnologiya

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı

16 Noyabr, 2026
Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var 2
  • Texnologiya

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

16 Noyabr, 2026
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ 1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b 3
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

16 Noyabr, 2026
Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər 1794 v) 4
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

16 Noyabr, 2026
Daha bir vəkil həbs edildi – FOTO B 5
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

16 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3446) Dünya (1129) Gündəm (3526) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (70) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 0
  • 501
  • 448
  • 16. 778

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.