Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Rusiyanın belini qıran mübaribənin 4-cü ili – TƏHLİL
  • Gündəm
  • Siyasət

Rusiyanın belini qıran mübaribənin 4-cü ili – TƏHLİL

Cavidan 24 Fevral, 2026
1771929685_555 (1)

Rusiya və Ukrayna arasında başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur. 2022-ci ilin 24 fevralında “xüsusi hərbi əməliyyat” adı ilə start verilən hücumun hədəfi qısa müddətdə Kiyevi nəzarətə götürmək, Ukraynanın Qərbə inteqrasiyasını dayandırmaq və regionda yeni təhlükəsizlik düzəni formalaşdırmaq idi. Dörd ilin yekunu isə Kremlin planları ilə reallıq arasındakı dərin uçurumu ortaya qoyur.

Rusiya nəinki məqsədlərinə çatmadı, eyni zamanda ciddi iqtisadi, maddi itkilərlə üzləşdi.

Sanksiya rekordçusu: təcrid olunmuş iqtisadiyyat

Rusiya bu illər ərzində tarixdə ən çox sanksiyaya məruz qalan ölkəyə çevrildi. ABŞ, Aİ və müttəfiqlər maliyyə, enerji, logistika və texnologiya sektorlarını hədəfə aldı. Bankların SWIFT sistemindən çıxarılması, enerji ixracına qiymət tavanı, yüksək texnologiya embarqosu, dövlət və oliqarx aktivlərinin dondurulması ciddi zərbə idi. Kreml enerji satışını Asiya bazarlarına yönəltməklə zərbəni yumşaltmağa çalışdı. Lakin uzunmüddətli perspektivdə texnoloji asılılıq, investisiya çatışmazlığı və sənayenin modernizasiya imkanlarının məhdudlaşması iqtisadiyyatın struktur zəifliyini dərinləşdirib.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına görə Qərb ölkələri və müttəfiqlər Rusiya Mərkəzi Bankı və digər dövlət qurumlarının xarici valyuta rezervlərini, dövlət istiqrazlarını və digər aktivləri öz yurisdiksiyalarında dondurub.

Bu aktivlərin həcmi ilə bağlı müxtəlif beynəlxalq mənbələrdə hesablamalar mövcuddur. Müxtəlif hesablamalara və Qərb mediasının yazdığına görə, təxminən 300-350 milyard dollar civarında xarici aktivlər Qərb ölkələrində dondurulub. Dondurulan aktivlər əsasən Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları və dövlət istiqrazlarıdır.

Avropa İttifaqı çərçivəsində Rusiyanın təxminən 210 milyard avro dövlət aktivi dondurulub. Əlavə olaraq rusiyalı iş adamlarının və Rusiya vətəndaşları olan iş adamlarına məxsus şirkətlərin özəl 28 milyard avro aktivləri də dondurulub.

Ekspertlər isə bildirir ki, bu məbləğlər təxmini hesablamalardır. Aktivlərin qiyməti bazar şərtlərinə görə dəyişir və bəzi ölkələr hələ də konkret rəqəmlər açıqlamayıb. Ona görə də Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləğinin daha böyük olduğu istisna deyil. Dondurulmuş aktivlərin bir hissəsi yalnız istifadə olunmayan vəziyyətdədir. Bəzi ölkələrdə dondurulmuş aktivlərdən gələn faiz gəlirləri artıq Ukraynaya yardım üçün istifadə edilir. Avropa Komissiyası bir müddət əvvəl Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini təqdim edib.Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən paketin əsas elementi Rusiya neftinin daşınmasına xidmətlərin tam qadağan edilməsi olacaq. Avropa Komissiyası bunu G7 üzrə tərəfdaşlarla koordinasiya şəklində həyata keçirməyi planlaşdırır.

Yeni məhdudiyyətlər paketi aşağıdakıları əhatə edəcək:

– Rusiya neftinin daşınmasına göstərilən xidmətlərə tam qadağa;

– Rusiya neftini daşıyan 43 tankerə sanksiya;

– 20 regional Rusiya bankına qarşı məhdudiyyətlər və yeni tranzaksiya qadağaları;

– İllik həcmi 360 milyon avro olan malların ixracına qadağa — rezindən traktorlara qədər;

– Rusiyadan metalların, mineralların və nadir torpaq elementlərinin alınmasına qadağa;

– Texnikanın Rusiyaya yenidən ixracında şübhəli bilinən ölkələrə kompüter və radioelektron avadanlıqların ixracına məhdudiyyətlər.

Müharibədən bu yana həlak olan rus hərbçilərinin sayı

BBC, Mediazona və könüllülər qrupu Ukrayna ilə müharibənin başlanğıcından bəri həlak olan 186 min 102 rus əsgərinin kimliyini müəyyən edib. Tədqiqatçıların fikrincə, son bir ay ərzində təsdiqlənmiş adların sayı təxminən 20 min artıb. Bu, saymanın başlanmasından bəri rekord artımdır. Lakin tədqiqatın müəllifləri ölüm hallarının artmasının cəbhə xəttindəki mövcud vəziyyətlə əlaqəli olmadığını vurğulayırlar.

Hesablama metodologiyası ictimai qeydlərin təhlilinə əsaslanır: nekroloqlar, sosial media paylaşımları və itkin düşmüş şəxslərlə bağlı bildirişlər. Həqiqi itkilərin sayı daha çox ola bilər.

Son bir ay ərzində tədqiqatçılar bir neçə il ərzində toplanmış məlumatları ictimaiyyətə açıq hökumət məlumat bazaları, əsasən də bir şəxsin ölümünü effektiv şəkildə təsdiqləyən vəsiyyətnamə reyestr siyahıları ilə müqayisə edə biliblər.

Həmçinin qeyd olunub ki, ölənlər arasında könüllülərin nisbəti artmaqda davam edir: onlar hazırda bütün təsdiqlənmiş itkilərin üçdə birini təşkil edir. Son bir il yarım ərzində müəyyən edilmiş bütün könüllülərin yarıdan çoxu həlak olub.

Ölkəsini tərk edən rusların sayı

666 min rus müharibə başlayandan sonra ölkəni tərk edib və geri qayıtmayıb. Bu rəqəmi 70-ə yaxın rusa ev sahibliyi edən ölkənin hər birinin statistikasına əsaslanaraq “The Bell” nəşr edib.

Bu, rəsmi dərc olunmuş rəqəmlər, rəsmilərin açıqlamaları öyrənildikdən və sorğuların göndərildiyi ölkələrin hakimiyyət orqanlarının birbaşa cavablarından sonra əldə edilib.

Hazırda rusların ən çox məskunlaşdığı 5 ölkə aşağıdakılardır:

Ermənistan -110 min nəfər

İsrail və Qazaxıstan – hər birində 80 min nəfər

Gürcüstan – 73,5 min nəfər

ABŞ – 48 min nəfər

Almaniya 36 min nəfər.

Serbiya ilə Türkiyə də rusları qəbul edib. Rəsmi məlumatlara görə, müharibədən qaçan rusların sayı Serbiyada təxminən 30 min, Türkiyədə isə 28 min nəfərdir.

Rusiyanın sarsılan nüfuzu

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Moskva təkcə sanksiyalarla deyil, həm də bir sıra regional və qlobal mexanizmlərdən faktiki kənarda qalmaqla üzləşdi. Dörd ilin yekununda bu təcrid bir neçə istiqamətdə özünü göstərir.

Avropa təhlükəsizlik arxitekturası

Rusiya Avropa təhlükəsizlik sistemində əvvəlki rolunu itirib. NATO-Rusiya Şurasının fəaliyyəti faktiki dayanıb, Avropa İttifaqı ilə institusional dialoq minimuma enib, Avropada silahlanmaya nəzarət mexanizmləri (müxtəlif ikitərəfli formatlar) dondurulub və ya ləğv olunub. Nəticədə, Rusiya Avropanın yeni təhlükəsizlik modelinin formalaşdırılmasında iştirak etmir.

“Böyük Yeddilik” və Qərb iqtisadi platformaları

Rusiya artıq illərdir ki, G7 formatından kənardadır, lakin müharibədən sonra bu platforma ilə hər hansı əməkdaşlıq perspektivi tamamilə bağlanıb.

Eyni zamanda, Qərb investisiya fondları və maliyyə institutları Rusiya bazarını tərk edib, SWIFT sistemindən əsas bankların çıxarılması qlobal maliyyə inteqrasiyasını zəiflədib, enerji bazarında Avropa istiqaməti ciddi şəkildə daralıb.

Enerji və nəqliyyat marşrutları

Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün alternativ layihələrə üstünlük verdilər. Bu da Xəzər qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi, LNG terminallarının sürətli qurulması,Orta Dəhliz və Transxəzər marşrutlarının aktuallaşması ilə nəticələndi. Bu proses isə Rusiyanın tranzit rolunun zəifləməsinə gətirib çıxardı.

İdman və mədəni platformalar

Rusiya müharibəyə görə, bir çox beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Bunlara aşağıdakılar aiddir:

-FIFA və UEFA turnirlərindən uzaqlaşdırma

-Olimpiya oyunlarında məhdud iştirak

-Beynəlxalq mədəni tədbirlərdə təmsilçilik məhdudiyyətləri.

Bu da ölkənin “yumşaq güc” imkanlarını azaldıb.

Regional proseslərdə təsirlərinin azalması

Cənubi Qafqazda yeni geosiyasi balans formalaşıb, Türkiyə və Aİ-nin rolu artıb, Qara dəniz təhlükəsizlik gündəliyində NATO fəallığı genişlənib və Şərqi Avropada hərbi infrastruktur gücləndirilib.

Rusiya formal olaraq bəzi platformalarda,məsələn, BMT Təhlükəsizlik Şurasında qalsa da, praktiki təsir imkanları əvvəlki səviyyədə deyil.

Bir sözlə, Rusiya nəinki istəklərinə nail olmadı, həm də bataqlığa batdı.

Lakin bu 4 il Ukraynaya iki paralel reallıq gətirdi: bir tərəfdən dağıntı və insan faciəsi, digər tərəfdən isə güclənmiş milli kimlik, modernləşmiş ordu və Qərblə sürətlənmiş inteqrasiya.

Əgər müharibənin əsas məqsədi Ukraynanı zəiflətmək idisə, nəticə paradoksal oldu. Yəni Ukrayna ağır itkilər versə də, siyasi və strateji baxımdan əvvəlkindən daha çox Qərbə bağlandı və dövlətçilik baxımından daha konsolidə olunmuş vəziyyətə gəldi.(Modern)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
Sonrakı: Buraxılış imtahanları keçiriləcək – DİM şagirdlərə çağırış etdi

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 17
  • 16
  • 4. 907

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.