Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib
  • Mədəniyyət

Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə
Cavidan 6 Mart, 2025
67c981933132067c9819331321174125915567c981933131e67c981933131f

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktında qeyd edilib ki, təqsirləndirilən İslam Hadıyevin mərhum aktyorla şəxsi tanışlığı olub. Onlar bazarda tanış olub və bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir işləri aparıb.
İslam Hadıyev evdə təmir işləri apararkən evin saxlanc yerində torbada külli miqdarda pulun olduğunu görüb. Mənzildə işini bitirdikdən sonra pulu götürərək oranı tərk edib.
Bir müddət sonra ev sahibi ona zəng edib və götürdüyü 50 min manatı tələb edib. Lakin təqsirləndirilən şəxs puldan xəbəri olmadığını bildirib. Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni törətdiyini bildirib:
“Bir neçə gün sonra İosifin yoldaşı məni bazarda gördü və təhqir edərək pulu qaytarmağımı istədi. Təmir zamanı mənim drelim onlarda qalmışdı. Onu götürməyə gedəndə İosif üstümə hücum etdi və bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartanda bıçaq İosifin boğazına girdi”.
Təqsirləndirilən ona elan olunmuş ittihama görə özünü qismən təqsirli bildiyini deyib.
Dövlət ittihamçısı İslam Hadıyevin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Post navigation

Previous: Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib
Next: Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Bölmənin digər xəbərləri

Screenshot_20260810_150945_com_android_chrome_ChromeTabbedActivity
  • Mədəniyyət

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-03 105315
  • Mədəniyyət

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-01 090519
  • Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Cavidan 1 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 989)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Screenshot 2026-08-25 124045 1
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

25 Avqust, 2026
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200 2
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

25 Avqust, 2026
Azərbaycan XİN Uruqvayı təbrik edib Screenshot 2026-08-25 110419 3
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

25 Avqust, 2026
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 101801 4
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb Screenshot 2026-08-25 094005 5
  • İqtisadiyyat

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2989) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.