Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib
  • Gündəm
  • Mədəniyyət

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Cavidan 16 Mart, 2024
1710554341510506861_1200x630

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Fransa və Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz, onun mahiyyəti, fəlsəfəsi və daşıdığı ümumbəşəri dəyərlərdən danışıb. Novruzun dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, mərhəmət və diqqət göstərilməsi kimi mənəvi dəyərləri təcəssüm edir. Novruz sağlamlığın və firavanlığın başlanğıcıdır. Milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruz təbiətin dəyişməsindən, canlı aləmin oyanışından xəbər verir.

Səfir qeyd edib ki, Novruz təbiətlə harmoniyada yaşamağı aşılayır. Yaşıl səmənili Novruz bu il Azərbaycanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu münasibətlə Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Azərbaycan bütün dünya ölkələrini yaşıl dünya naminə həmrəylik nümayiş etdirməyə çağırır. İnsanlara təbiətlə harmoniyada yaşamağı aşılayan Novruzun dəyərləri COP29-un çağırışı ilə üst-üstə düşür. Məhz buna görə də bu il Novruz Azərbaycanda xüsusi qeyd edilir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, – deyə səfir bu bayramın xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.

Tədbirə milli geyimdə gəlmiş L.Abdullayeva bununla xalqımızın hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olduğunu və onları qoruyub saxladığını təcəssüm etdirib. Novruzun Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayram olduğunu göstərib.

Tədbir konsert proqramı ilə davam edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Orucluqda orqanizmimiz necə dəyişir?
Next: Azərbaycanda dərman zavodları nə vaxt açılacaq? – VİDEO

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 1
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 2
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 3
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 4
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026
Neftin qiyməti 72 dolları ötüb 6a3cb1706cada6a v 5
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.