Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 107)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Cavidan 16 Mart, 2024

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Fransa və Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz, onun mahiyyəti, fəlsəfəsi və daşıdığı ümumbəşəri dəyərlərdən danışıb. Novruzun dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, mərhəmət və diqqət göstərilməsi kimi mənəvi dəyərləri təcəssüm edir. Novruz sağlamlığın və firavanlığın başlanğıcıdır. Milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruz təbiətin dəyişməsindən, canlı aləmin oyanışından xəbər verir.

Səfir qeyd edib ki, Novruz təbiətlə harmoniyada yaşamağı aşılayır. Yaşıl səmənili Novruz bu il Azərbaycanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu münasibətlə Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Azərbaycan bütün dünya ölkələrini yaşıl dünya naminə həmrəylik nümayiş etdirməyə çağırır. İnsanlara təbiətlə harmoniyada yaşamağı aşılayan Novruzun dəyərləri COP29-un çağırışı ilə üst-üstə düşür. Məhz buna görə də bu il Novruz Azərbaycanda xüsusi qeyd edilir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, – deyə səfir bu bayramın xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.

Tədbirə milli geyimdə gəlmiş L.Abdullayeva bununla xalqımızın hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olduğunu və onları qoruyub saxladığını təcəssüm etdirib. Novruzun Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayram olduğunu göstərib.

Tədbir konsert proqramı ilə davam edib.

Continue Reading

Previous: Orucluqda orqanizmimiz necə dəyişir?
Next: Azərbaycanda dərman zavodları nə vaxt açılacaq? – VİDEO

Bölmənin digər xəbərləri

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib
  • Cəmiyyət

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

19 Mart, 2026
Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq
  • Cəmiyyət

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
  • Cəmiyyət

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026

Top 7 Xəbər

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib 1

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

19 Mart, 2026
Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 2

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

19 Mart, 2026
Bayram günlərinin hava proqnozu açıqlanıb 3

Bayram günlərinin hava proqnozu açıqlanıb

19 Mart, 2026
Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 4

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 5

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib 6

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart, 2026
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 7

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 107)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9107) Dünya (3270) Gündəm (11444) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib 19 Mart, 2026
  • Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 19 Mart, 2026
  • Bayram günlərinin hava proqnozu açıqlanıb 19 Mart, 2026
  • Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 19 Mart, 2026
  • Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 19 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.