Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 155)
  • Dünya (3. 292)
  • Gündəm (11. 492)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Azərbaycanlı aktrisa vəfat etdi

Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib. Bu barədə Kult.az-a İttifaqdan bildirilib. Qeyd edək ki,
Cavidan 22 Sentyabr, 2022

Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.

Bu barədə Kult.az-a İttifaqdan bildirilib.

Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. Kitabxanalarda, teatrlarda dünyagörüşünü zənginləşdirib ki, bütün bunlar da sonralar ona pedaqoji fəaliyyətində çox kömək edib.

1970-ci illər Azərbaycan kinosunun ən qaynar dövrünə təsadüf edir. O vaxta qədər artıq kinomuz yetərincə öz sözünü demiş, önəmli sənət nümunələri yaratmış və kino üçün yetişdirilən aktyor nəsli artıq filmdən-filmə inkişaf mərhələsinə qədəm qoymuşdular. Artıq kino üçün yeni nəsil aktyorların yetişdiriləməsinə ehtiyac var idi. Bu da o deməkdir ki, kinoda tanınmış, qəhrəman obrazlarında gördüyümüz aktyorlar həmin rolların estafetini yeni nəsil gəncliyə ötürməli idi. Məhz həmin ərəfədə bir qrup gənc Moskvada tənsil aldı, böyük təcrübə keçdi və Azərbaycan kinosuna üz tutdu. Onlardan biri də aktrisa Fərqanə Quliyeva idi.

F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.

Allah rəhmət eləsin!

Continue Reading

Previous: FTX qaz kəmərini partlatmaq istəyən şəxsi SAXLADI
Next: Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir?

Bölmənin digər xəbərləri

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb
  • Dünya

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

1 Aprel, 2026
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
  • Dünya

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

1 Aprel, 2026
Masallıda baba və nəvə yanaraq öldü – İcra başçısı hadisə yerinə getdi-Yenilənib
  • Gündəm

Masallıda baba və nəvə yanaraq öldü – İcra başçısı hadisə yerinə getdi-Yenilənib

1 Aprel, 2026

Top 7 Xəbər

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər 1

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

1 Aprel, 2026
BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb 2

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

1 Aprel, 2026
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb 3

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

1 Aprel, 2026
Masallıda baba və nəvə yanaraq öldü – İcra başçısı hadisə yerinə getdi-Yenilənib 4

Masallıda baba və nəvə yanaraq öldü – İcra başçısı hadisə yerinə getdi-Yenilənib

1 Aprel, 2026
Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb 5

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

1 Aprel, 2026
İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib 6

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

1 Aprel, 2026
Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 7

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

1 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 155)
  • Dünya (3. 292)
  • Gündəm (11. 492)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9155) Dünya (3292) Gündəm (11492) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (343) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər 1 Aprel, 2026
  • BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb 1 Aprel, 2026
  • Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb 1 Aprel, 2026
  • Masallıda baba və nəvə yanaraq öldü – İcra başçısı hadisə yerinə getdi-Yenilənib 1 Aprel, 2026
  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb 1 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.