Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri – Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.
Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.