Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Masallıda dəhşətli yanğın – Ana və azyaşlı övladları öldü+Yenilənib
  • Gündəm
  • Kriminal

Masallıda dəhşətli yanğın – Ana və azyaşlı övladları öldü+Yenilənib

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub. Addim.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.
Cavidan 7 Sentyabr, 2022
44

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Addim.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.

Belə ki, yaşayış evində baş verən hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Masallı rayonunun Hüseynhacılı kəndində baş verən yanğının təfərrüatları bəlli olub.

Addim.az APA -ya istinadən xəbər verir ki, yanğın 1951 – ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan evdə baş verib.

Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb.

Nəticədə ana 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları – 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.

Yanğından xəsarət alanlar da olub. Xəsarət alanlar 1959-cu il təvəllüdlü Nərminə Kərim qızı Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı – 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur.

O, ikinci mərtəbədən aşağı tullandığından müxtəlif dərəcəli travmalar da alıb.

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.

300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb. 

İlkin ehtimala görə yanğın şamdan baş verib.

Belə ki kənddə işıq söndüyündən şam yandıran ev sakinləri daha sonra onu nəzarətsiz qoyaraq yatıb.

Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ermənilər Kəlbəcər və Laçını ATƏŞƏ TUTUBLAR – Müdafiə Nazirliyi
Next: DTX və DSX əməliyyat keçirdi: Saxlanılan var

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 144509
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.