Skip to content
19 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 535)
  • Dünya (3. 067)
  • Gündəm (10. 660)
  • İdman (596)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (440)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 912)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Ali Məhkəmə MTN polkovnikinə bəraət verib

2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə kassasiya
Cavidan 14 Oktyabr, 2021

2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə kassasiya şikayətinə baxaraq müəyyən edib ki, R.Əliyevin təqsirli bilindiyi hər iki maddə (CM-302, 341.1) üzrə ümumiyyətlə heç kim zərərçəkmiş şəxs kimi tanınmayıb. İşin faktiki halları üzrə xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı məhkumun rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməsi təsdiq olunmayıb.

Onun vəkili Şaiq Hüseynovun verdiyi vəsatətə Ali Məhkəmədə baxılıb. Cinayət Kollegiyasının qərarı ilə R.Əliyev barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

İttihama görə, R.Əliyev rəisi olduğu şöbənin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı xidməti otaqlarda və dəhlizdə informasiyaların gizli yolla götürülməsi üçün xüsusi texniki-elektron vasitələr və texniki sızma kanalları quraşdırmaqda günahkar bilinirdi. İşin hallarında göstərilib ki, R.Əliyev 2002-ci ilin yayında informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr almağı və onları MTN-nin Hava Limanında yerləşən müvafiq xidməti otaqlarına və dəhlizinə quraşdırmağı Tahir Əsədzadəyə tapşırıb.

R.Əliyevin kassasiya şikayətində bildirilib ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr iş üçün müstəsna əhəmiyyət kəsb edən xüsusatlara hüquqi qiymət verib: “Rafət Əliyevin cinayət əməllərinin yerinə yetirməsini təsdiq edən heç bir sübut olmayıb. Həmin texniki vasitələr MTN-nin ovaxtki rəhbərliyi tərəfindən 2002-ci ildə alınıb, hava limanının binasında 2003-cü ilin yayında, sərnişin axınında saxlanılan qanunsuz miqrant və terrorçuluqda şübhəli əcnəbilərin gizli sorğularının aparılması məqsədilə quraşdırılıb. Dövlət Təhlükəsizlik Xidmətindən verilən məktubda qeyd edilib ki, həmin texniki vasitələr şəxsi maraq üzündən və şəxsi vəsaiti hesabına xidməti otaqlarda quraşdırılmayıb”.

Ali Məhkəmə kassasiya şikayətini təmin edib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 7 oktyabr 2008-ci il tarixli qərarı R.Əliyevə aid hissədə ləğv edilib. Onun Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.

Xatırladaq ki, R.Əliyev AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov, idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə və idarənin mühəndis-proqramçısı Faiq Quliyevlə birlikdə hava limanındakı müxtəlif xidməti otaqlara dinləmə cihazı yerləşdirilməsi ittihamı ilə həbs edilmişdi. 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə E.Süleymanov 15 il, T.Mikayılov 2 il 6 ay, T.Əsədzadə 2 il 6 ay, F.Quliyev 2 il və MTN-nin polkovnik-leytenantı Rafət Əliyev 3 il azadlıqdan məhrum edilmişdi.

Bu hadisə zamanı mediada yayımlanan məqalələrdə iddia olunub ki, Rafət Əliyev MTN-in sabiq rəhbəri Namiq Abbasova yaxın kadr olduğu üçün o dönəmdə yeni vəzifəyə gələn və hazırda işsiz olan Eldar Mahmudovun göstərişi ilə həbs edilib.

Continue Reading

Previous: 7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub – NƏ BAŞ VERİR?
Next: DİN 5 nəfərin öldüyü qəzanın görüntülərini yaydı – Video

Bölmənin digər xəbərləri

Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
  • Cəmiyyət

Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

18 Dekabr, 2025
Rüşvət alan bağça müdiri işdən çıxarıldı
  • Cəmiyyət

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18 Dekabr, 2025
Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib
  • Cəmiyyət

Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib

18 Dekabr, 2025

Top 7 Xəbər

Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb 1

Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

18 Dekabr, 2025
Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq 2

Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq

18 Dekabr, 2025
Ankarada Türk dünyasını hədəfləyən dezinformasiya ilə mübarizə müzakirə edilib 3

Ankarada Türk dünyasını hədəfləyən dezinformasiya ilə mübarizə müzakirə edilib

18 Dekabr, 2025
Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır 4

Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

18 Dekabr, 2025
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi – ŞƏRH 5

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi – ŞƏRH

18 Dekabr, 2025
Rüşvət alan bağça müdiri işdən çıxarıldı 6

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18 Dekabr, 2025
Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib 7

Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib

18 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 535)
  • Dünya (3. 067)
  • Gündəm (10. 660)
  • İdman (596)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (440)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 912)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8535) Dünya (3067) Gündəm (10660) Kateqoriyasızlar (440) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2912) Texnologiya (14) İdman (596) İqtisadiyyat (551)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb 18 Dekabr, 2025
  • Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq 18 Dekabr, 2025
  • Ankarada Türk dünyasını hədəfləyən dezinformasiya ilə mübarizə müzakirə edilib 18 Dekabr, 2025
  • Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır 18 Dekabr, 2025
  • Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi – ŞƏRH 18 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.