![](https://addim.az/wp-content/uploads/2021/10/6156ac342d67e6156ac342d67f16330701326156ac342d67c6156ac342d67d.jpg)
“Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var”.
Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
“Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”, – o vurğulayıb.