Skip to content
21 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 545)
  • Dünya (3. 075)
  • Gündəm (10. 675)
  • İdman (597)
  • İqtisadiyyat (552)
  • Kateqoriyasızlar (441)
  • Kriminal (1. 296)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 913)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə
Cavidan 28 Sentyabr, 2021

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar: “Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı.

Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı

Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.

Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım”.

Continue Reading

Previous: Prezidentdən Qarabağda yaşayan ermənilərlə bağlı AÇIQLAMA
Next: Prezident “France 24” telekanalına müsahibə verib

Bölmənin digər xəbərləri

Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir
  • Gündəm

Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir

19 Dekabr, 2025
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi – ŞƏRH
  • Gündəm

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi – ŞƏRH

18 Dekabr, 2025
İlham Əliyev onları təltif etdi – Siyahı
  • Gündəm

İlham Əliyev onları təltif etdi – Siyahı

18 Dekabr, 2025

Top 7 Xəbər

Magistral yollarda görmə min metrədək məhdudlaşacaq 1

Magistral yollarda görmə min metrədək məhdudlaşacaq

20 Dekabr, 2025
Rusiya Odessada “Yujnı” limanına zərbə endirib 2

Rusiya Odessada “Yujnı” limanına zərbə endirib

20 Dekabr, 2025
Nazir: Monteneqro Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər görür 3

Nazir: Monteneqro Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər görür

20 Dekabr, 2025
Nazir: “Üzgüçülük hamı üçün” layihəsinin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır” 4

Nazir: “Üzgüçülük hamı üçün” layihəsinin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır”

20 Dekabr, 2025
Bazar gününün havası açıqlanıb 5

Bazar gününün havası açıqlanıb

20 Dekabr, 2025
DYP həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib 6

DYP həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib

20 Dekabr, 2025
Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb 7

Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

20 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 545)
  • Dünya (3. 075)
  • Gündəm (10. 675)
  • İdman (597)
  • İqtisadiyyat (552)
  • Kateqoriyasızlar (441)
  • Kriminal (1. 296)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 913)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8545) Dünya (3075) Gündəm (10675) Kateqoriyasızlar (441) Kriminal (1296) Mədəniyyət (323) Siyasət (2913) Texnologiya (14) İdman (597) İqtisadiyyat (552)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Magistral yollarda görmə min metrədək məhdudlaşacaq 20 Dekabr, 2025
  • Rusiya Odessada “Yujnı” limanına zərbə endirib 20 Dekabr, 2025
  • Nazir: Monteneqro Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər görür 20 Dekabr, 2025
  • Nazir: “Üzgüçülük hamı üçün” layihəsinin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır” 20 Dekabr, 2025
  • Bazar gününün havası açıqlanıb 20 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.