Skip to content
16 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 508)
  • Dünya (3. 056)
  • Gündəm (10. 626)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (438)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Baş nazirdən xaricdə təhsillə bağlı QƏRAR

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında dəyişikliklər edilib. Bununla
Cavidan 12 Oktyabr, 2021

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir. Qaydaların təsdiq olunmasından sonra keçən dövr ərzində icra zamanı qarşıya çıxan bir sıra məsələlərin tənzimlənməsi məqsədilə Qaydalarda dəyişikliyin edilməsinə ehtiyac yaranmışdır.

Bu dəyişikliklərin edilməsi aşağıdakı məsələləri əhatə edir:

1.Beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcəkdir. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaqdır.

2.Qaydaların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaqdır.

3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapmışdır.

Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Continue Reading

Previous: Azərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR
Next: Çavuşoğlu Əfqanıstana səfər edəcək

Bölmənin digər xəbərləri

Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır
  • Cəmiyyət

Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır

15 Dekabr, 2025
Amnistiyanın kimlərə şamil olunacağı məlum olub
  • Cəmiyyət

Amnistiyanın kimlərə şamil olunacağı məlum olub

15 Dekabr, 2025
Vahid Axundov vəfat etdi – Prezident nekroloq imzaladı
  • Cəmiyyət

Vahid Axundov vəfat etdi – Prezident nekroloq imzaladı

15 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır 1

Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır

15 Dekabr, 2025
Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər 2

Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər

15 Dekabr, 2025
Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb – YENİLƏNİB 3

Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb – YENİLƏNİB

15 Dekabr, 2025
Amnistiyanın kimlərə şamil olunacağı məlum olub 4

Amnistiyanın kimlərə şamil olunacağı məlum olub

15 Dekabr, 2025
Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsü irəli sürüb 5

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsü irəli sürüb

15 Dekabr, 2025
Vahid Axundov vəfat etdi – Prezident nekroloq imzaladı 6

Vahid Axundov vəfat etdi – Prezident nekroloq imzaladı

15 Dekabr, 2025
Azərbaycan xarici ticarətlə bağlı “Bir pəncərə” informasiya sistemi yaradır 7

Azərbaycan xarici ticarətlə bağlı “Bir pəncərə” informasiya sistemi yaradır

15 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 508)
  • Dünya (3. 056)
  • Gündəm (10. 626)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (438)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8508) Dünya (3056) Gündəm (10626) Kateqoriyasızlar (438) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır 15 Dekabr, 2025
  • Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər 15 Dekabr, 2025
  • Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb – YENİLƏNİB 15 Dekabr, 2025
  • Amnistiyanın kimlərə şamil olunacağı məlum olub 15 Dekabr, 2025
  • Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsü irəli sürüb 15 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.