Skip to content
16 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 519)
  • Dünya (3. 057)
  • Gündəm (10. 637)
  • İdman (594)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Şəhid hərbçilər və mülki şəxslərlə bağlı məlumatlar sistemləşdiriləcək

“Azərbaycan Prezidenti hər zaman çıxışlarında vurğulayır ki, biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik
Cavidan 28 Sentyabr, 2021

“Azərbaycan Prezidenti hər zaman çıxışlarında vurğulayır ki, biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik baxan qəhrəman hərbiçilərimizə və şəhidlərimizə borcluyuq”.

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu gün böyük qürur və fəxrlə Azərbaycanın haqq və şərəf savaşında öz canlarını fəda etmiş, adını qızıl hərflərlə tariximizə yazmış qəhrəmanlarımızı anırıq: “Onların xatirəsini əbədi yaşatmaq, onlara olan ehtiramı daim uca tutmaq üçün 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti 27 sentyabr – Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və Milli Qürur gününü qeyd edirdi”.

PA rəsmisi vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır: “Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Gələcək perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”.

S.Yusifova qeyd edib ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir: “Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.

Continue Reading

Previous: Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Next: Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ – FOTO

Bölmənin digər xəbərləri

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ
  • Cəmiyyət

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ

16 Dekabr, 2025
Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi
  • Cəmiyyət

Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi

16 Dekabr, 2025
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb

16 Dekabr, 2025

Top 7 Xəbər

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ 1

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ

16 Dekabr, 2025
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu 2

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu

16 Dekabr, 2025
Rusiyada “YouTube” tam bloklanacaq 3

Rusiyada “YouTube” tam bloklanacaq

16 Dekabr, 2025
Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi 4

Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi

16 Dekabr, 2025
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb 5

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb

16 Dekabr, 2025
“Qarabağ” azarkeşlərinə görə cərimələnib 6

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

16 Dekabr, 2025
Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub 7

Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

16 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 519)
  • Dünya (3. 057)
  • Gündəm (10. 637)
  • İdman (594)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8519) Dünya (3057) Gündəm (10637) Kateqoriyasızlar (439) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2910) Texnologiya (14) İdman (594) İqtisadiyyat (551)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ 16 Dekabr, 2025
  • Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu 16 Dekabr, 2025
  • Rusiyada “YouTube” tam bloklanacaq 16 Dekabr, 2025
  • Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi 16 Dekabr, 2025
  • Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb 16 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.