Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 448)
  • Dünya (3. 043)
  • Gündəm (10. 566)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Nazir Kəlbəcər və Laçında tapşırıqlar verdi – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə
Cavidan 8 Aprel, 2022

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub.

General-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular dövlət sərhədində xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib. Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb. Texniki xidmət və təmir məntəqələrində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və nəqliyyat vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi nəzərdə tutulub. General-polkovnik Z.Həsənov məntəqələrdə görüləcək işlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına tam əməl etməsi, eləcə də digər vacib məsələlərlə bağlı tapşırıqlarını çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

Continue Reading

Previous: Bu gün parlamentin komitələri Şuşada iclas keçirəcək
Next: Metroda foto-video çəkmək niyə qadağandır? – RƏSMİ

Bölmənin digər xəbərləri

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub
  • Cəmiyyət

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

8 Dekabr, 2025
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib
  • Cəmiyyət

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

8 Dekabr, 2025
Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb
  • Cəmiyyət

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025

Top 7 Xəbər

Kamboca Tailandın ittihamlarını təkzib edir 1

Kamboca Tailandın ittihamlarını təkzib edir

8 Dekabr, 2025
Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub 2

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

8 Dekabr, 2025
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib 3

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

8 Dekabr, 2025
“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 4

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək

8 Dekabr, 2025
Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 5

Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

8 Dekabr, 2025
Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb 6

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 7

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 448)
  • Dünya (3. 043)
  • Gündəm (10. 566)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8448) Dünya (3043) Gündəm (10566) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kamboca Tailandın ittihamlarını təkzib edir 8 Dekabr, 2025
  • Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub 8 Dekabr, 2025
  • 1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib 8 Dekabr, 2025
  • “Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 8 Dekabr, 2025
  • Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.