Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev ATƏT-in sədrini qəbul etdi – YENİLƏNİB
  • Siyasət

İlham Əliyev ATƏT-in sədrini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq
Cavidan 31 Mart, 2022
1648711347_16487111205791556569_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa və Azərbaycan arasında ikitərəfli gündəlik də çox genişdir. Bilirsiniz ki, bu yaxınlarda Prezident Andjey Duda ilə bizim telefon söhbətimiz də olub. Mənim Prezidentlə Varşavada, Bakıda, Davosda görüşlərimlə bağlı çox yaxşı xatirələrim var. Bilirsiniz ki, biz müntəzəm olaraq bir-birimizlə təmasdayıq və ölkələrimiz arasındakı münasibətlər bizim güclü tərəfdaşlığımızı yaxşı nümayiş etdirir.

Həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib.

Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.

Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası – hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşikliklər törətdiklərini, tarixi, dini, mədəni abidələri və digər tikilələri dağıtdıqlarını qeyd etdi. İşğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu dedi.

Dövlətimizin başçısı 1-ci Ermənistan-Azərbaycan müharibəsindən indiyədək 4 min soydaşımızın itkin düşdüyünü ATƏT-in fəaliyyətdə olan sədri kimi Zbiqnev Raunun diqqətinə çatdırdı.

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Bakı şəhərinin gözəlliyinin onu heyran etdiyini dedi.

Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.

Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğuladı.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.


11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Baş nazirin müavininin həyat yoldaşı Ukraynada döyüşdə öldü
Next: Ukrayna ordusu Zaporejyedə daha 5 yaşayış məntəqəsini işğaldan azad edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 162939
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-09 100711
  • Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Cavidan 9 İyul, 2026
Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 717)
  • Dünya (3. 451)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH Screenshot 2026-07-10 162939 1
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

10 İyul, 2026
Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib Screenshot 2026-07-10 160045 2
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

10 İyul, 2026
Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ Screenshot 2026-07-10 151047 3
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

10 İyul, 2026
Kəlbəcərdə mina partlayışı olub Screenshot 2026-07-10 143436 4
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

10 İyul, 2026
Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-10 131653 5
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9717) Dünya (3451) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.