Skip to content
1 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

“31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür”. Bu, Azərbaycan
Cavidan 31 Mart, 2022

“31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür”.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda əksini tapıb.

“1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.[1]

Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər davam etdirildi. Ermənistanın özündə və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı oldu. Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.

Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir.

Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, – bəyanatda qeyd olunub.

Continue Reading

Previous: Prezident Ceyms Hippini qəbul edib
Next: İlham Əliyev ATƏT-in sədrini qəbul etdi – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı
  • Siyasət

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Siyasət

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB
  • Gündəm

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026

Top 7 Xəbər

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 1

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 2

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 3

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 4

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 5

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 7

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8796) Dünya (3161) Gündəm (11000) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.