Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Mədəniyyət
  • “Biz mesaj verdik ki, bunu unutmasınlar” – Xalq artisti
  • Mədəniyyət

“Biz mesaj verdik ki, bunu unutmasınlar” – Xalq artisti

Cavidan 10 Mart, 2022
1646884945_0001

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün onilliklər lazımdır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirməklə yanaşı, müstəqillik illərində dünyaya göz açmış vətənpərvər gənclərin kifayət qədər olduğunu da göstərdi. 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Gənclərin şücaəti isə gələcək nəsillərə əsl örnək oldu. Müstəqillik illərində dünyaya göz açan gənclər müzəffər ordunun sıralarına qoşularaq Vətən müharibəsi, dolayısı ilə Azərbaycanın qəhrəmanlıq tarixinə şanlı səhifələr yazdılar. Bu da bir daha göstərdi ki, xalqımız mənəvi tərbiyə ilə yetişdirilmiş gənclərdə vətənpərvərlik duyğusunu formalaşdıra bilib.

Bu gün isə artıq yeni səhifələr yazılır. Bir ildən çoxdur azad edilən Qarabağ dirçəlməyə başlayır. “Qarabağa böyük qayıdış” üçün gərəkli olan bütün işlər görülür. Qarabağın azad dövrünün görüntüləri gözəl gələcəyə ümidi artırır. Siyasi mesajlardan əlavə, digər vasitələrdən istifadə etməklə torpaqların kimə məxsus olduğu bildirilir. Bugünlərdə Şuşadan Xankəndinə saat 06:00-dan azan verilməyə başlanıb. Şuşada səsləndirilən sübh azanı bütün ətraf bölgələrdə, o cümlədən Xankəndində də eşidilib. Əlavə olaraq dövlət himni və hərbi vətənpərvərlik musiqiləri də səsləndirilib. Şuşalılar, həmçinin, səsgücləndiricilər vasitəsilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturasını da səsləndiriblər.

Xalq artisti Mənsum İbrahimov bugünlərdə çəkilişlə əlaqədar Şuşada idi. DİA.AZ xəbər verir ki, M.İbrahimov bu sədaların eşidilməsinin necə ab-hava yaratdığını “Yeni Müsavat”a şərh etdi: “Azərbaycan musiqilərinin bu şəkildə səsləndirilməsi sülh mesajıdır. Ermənilər anlamalıdırlar ki, bura Azərbaycan Respublikasının ərazisidir. Artıq yol açıqdır. Kim istəyirsə, qanunlarımızın altında yaşaya bilər. Bura bizim ərazimizdir. Biz mesaj verdik ki, bunu unutmasınlar”.

Xalq artisti tarix boyu ermənilərin Azərbaycan musiqisinə heyran olduğunu, hətta bir çox hallarda oğurluqdan belə çəkinmədiklərini vurğuladı: “Özlərinin heç nəyi yoxdur. Yazıqlar nə etsinlər? Sevirlər, yaxşıdır ki, oğurlayıblar. İstər xalq musiqisi, istərsə də klassik musiqi əsərlərimizi öz adlarına çıxarmağa çalışıblar. Bəzən bunu bacarıblar da. Bir neçə gündür Şuşadayıq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə çəkilişlər edirik. Təsəvvür edin ki, ”Leyli və Məcnun” operasının sədaları Xankəndində eşidilirdi. Doğma torpağımızda Azərbaycan xalq musiqisi, Ü.Hacıbəylinin əsərləri, aşıq musiqisi, muğamlarımız səslənir. Biz mesaj veririk ki, siz bizim ərazimizdə yaşayırsınız. Şuşada hazırda quruculuq işləri gedir. Hər yerdə tikinti işləri görülür. Yol çəkilir. Çox gözəl işlər görülür”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Daha bir nəhəng şirkət Rusiyada zavodlarını bağladı
Next: Taxıl bazarındakı böhran Azərbaycanı NECƏ VURACAQ? – AKTUAL

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 100122
  • Mədəniyyət

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-11 104958
  • Mədəniyyət

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Cavidan 11 İyun, 2026
Screenshot 2026-06-10 114008
  • Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Cavidan 10 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.