Tikinti və dağ-mədən avadanlıqlarının istehsalı ilə məşğul olan ABŞ-ın “Caterpillar” şirkəti Rusiyadakı zavodlarının işini dayandırıb.
Bu barədə şirkətin açıqlamasında bildirilir.
“Rusiyadakı fəaliyyətlər, tədarük zəncirinin pozulması və sanksiyalar da daxil olmaqla getdikcə mürəkkəbləşir və biz Rusiya istehsal müəssisələrimizdə fəaliyyəti dayandırırıq”, – şirkətin açıqlamasında qeyd olunub.