Skip to content
1 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Məktəblinin Dostu” deyəsən, direktorun dostuna çevrilib… – ETİRAZ

[center][img]http://azadmedia.az/uploads/posts/2022-03/1646454312_1646453502_0001.jpg[/img][/center]İllərdir, hər dəfə bayram ərəfəsində nazirlik müraciət edir, xəbərdarlıq edir, tövsiyə edir… Etmədiyi nəsə qalmır, amma nə fayda?!
Cavidan 5 Mart, 2022

[center][img]http://azadmedia.az/uploads/posts/2022-03/1646454312_1646453502_0001.jpg[/img][/center]
İllərdir, hər dəfə bayram ərəfəsində nazirlik müraciət edir, xəbərdarlıq edir, tövsiyə edir… Etmədiyi nəsə qalmır, amma nə fayda?! Məktəblər öz bildiyini edir. Əsas fiqur da valideynlərdir. Hansı müəllim üçün nə qədər pul toplanmalıdır, pulun nə qədəri direktora, nə qədəri tədris hissə müdirinə, sinif müəlliminə, nə qədəri də sıravi – “fağır” müəllimə çatanacan, hesab-bölgü aparılır.

Belə çıxır ki, pul toplama kampaniyasının qarşısını almaq mümkün deyil? Əsas günahı valideynlərdə görənlər az deyil. Pul verən valideyndirsə, demək, əsas günahkar da odur. Valideynlərin arqumenti də var: pul verməyəndə uşağı gözüm-çıxdıya salırlar, uşaq başqalarından “seçilir”, istəmirik başı aşağı olsun, övladımız. Nə deyəsən? Bir valideyn ki, övladının başı aşağı olmasını pulla ölçür, bu zehniyyət qarşısında deməyə söz qalmır. Problemin kökü çox dərindədir. Pul ödəyən valideyndir, lakin pul tələb edən də var axı. Tələb edən olmasa, pul da toplanmaz. Bu elə bir labirintdir ki, çıxışı tapmaq çox çətindir. Mümkünsüz deyil amma. Növbəti dəfə 8 Mart ərəfəsində Təhsil Nazirliyi pul toplanmasının yolverilməz olduğuna dair müraciətlə çıxış edib. O cümlədən Təhsil Nazirliyi yanında İctimai Şuradan “8 mart”la bağlı çağırış edilib. İctimai Şuranın sədri Günel Səfərova müraciəti sosial şəbəkədə paylaşıb.

Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik. Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilər. “Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir”. Müraciət xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.

Gözlənildiyi kimi məlum müraciətə rəylər də özünü çox gözlətməyib. Bəzisini təqdim edirik:
Zülfiyyə Nuriyeva: Diyosunuz…

Gunel Səfərova: dedik…
Nailə İsmayılova: Heç kəs də müraciət etməyəcək. Çünki valideynlər uşaqlarına görə narahat olurlar. Siz məktəb direktorlarının necə qisasçı olduqlarını bilmirsiniz. Hamısına şamil olunmur təbii ki…
Gunel Səfərova: Nailə İsmayılova, 55 dəqiqəyə müraciətlər gəlib. İşi doğru qurmaqdan asılıdır hər şey.
Zahir Məmmədov: Bütün qruplarda paylaşdım, hər kəs görsün, problemi olan varsa müraciət etsin.
Şəbnəm Uğurlu Cəbrayıl: Nənəm – Qabaqcıl Maarif işçisi Şəfiqə Baxışova 40 ilə yaxın müəllim və məktəb direktoru kimi çalışıb. Həmişə 8 Martda sumkasında kiçik hədiyyələrlə gedərdi məktəbə. Onunla bir məktəbdə çalışma şansı olan dayım qızı soruşduğunda, deyib ki, şagirdlərdən güldən başqa heç nə götürmürəm, bunları çantama ona görə qoyuram ki, mənə gül dəstəsi verən uşağın əlini boş qaytarmayım…
Aybəniz İsmayılova: Nənələrimiz!..
Fərhad Abdulov: Gecikmisiniz, artıq 1-ci sinfi bitirəcəyinə görə direktor üçün yığılan məbləğlərin, 1-ci sinifi bitirmələri ilə əlaqədar keçiriləcək tədbir xərclərinin anonsu verilib. Təşəbbüs təqdirəlayiqdir, lakin nəzərə alınmalıdır ki, müraciət edənlərin qarşısını fərqli məqamlar kəsir. Böyük ehtimal bu kimi vəziyyətlərin qarşısını almaq üçün alternativ yollar da düşünülür. “Məktəblinin Dostu” isə deyəsən, direktorun dostuna çevrilib.
Tural Səfərli: Açığı, heç bir müəllim kiməsə məcburi pul yığdırmır. Qaldı ki hansısa valideyn könüllü müəllimə bir hədiyyə verirsə, bunun qarşısını kəsmək lazımdı???
Fatimə Şirinova Hüseynova: Günel xanım, o poçta filan əziyyət verməyin, sabah məktəblərin çoxunda iş günüdür, sadəcə qarşısına gedib vəziyyətə baxın, vəssalam.
Vəfa Aslan: Həmçinin bir sinfin “whatsapp” qrupuna baxmaq olar.
Leyla Məmmədli – Sadıqzadə: Ümumiyyətlə, müəllimə çiçəkdən başqa hədiyyə verilməli deyil. Məsələn, əksər özəl məktəblərdə qanunla qadağandır belə hallar. Ümid edirik ki, dövlət məktəblərində də ləğv olunar.
Gülşən Kərimova: Müraciət edən şəxs gizli saxlanılmır, üstəlik, bütün sinifdə biabır edəcək duruma gətirib çıxarırlar. İndi deyin görüm, kim ifşa edər? Dediklərinə bax, bir də etdiklərinə.
Shahbaz Xuduoglu: Hədiyyə məsələsi biryolluq qadağan olunmalıdır. Şagird müəllimə niyə hədiyyə etməlidir? Məsələni qəti qoymaq lazımdır.
Vəziyyət bu cürdür, bu il üçün. Gələn il necə olacaq? Yaşayarıq, görərik. //sherg.az//

Continue Reading

Previous: Prezidentin sərəncamı 100 min pensiyaçını əhatə edir
Next: Karantinlə bağlı bu qadağalar ləğv olunacaq

Bölmənin digər xəbərləri

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB
  • Cəmiyyət

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
İranda internet bərpa olundu
  • Cəmiyyət

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026

Top 7 Xəbər

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 1

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 2

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 3

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 4

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 5

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 7

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8796) Dünya (3161) Gündəm (11000) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.