Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.
Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir: “Belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir”.