Skip to content
16 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 371)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Telefonlar blok olunub, vəziyyət gərgindir” – Ukraynadakı səfirimiz

Cavidan 24 Fevral, 2022

“Ukraynada baş verən döyüşlərdə Azərbaycan vətəndaşları xəsarət almayıb. Lakin bizə hər an təhlükəli və narahatedici xəbərlər gəlir”.

Bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova İTV-də canlı yayımda bildirib.

“Məsələn, bir diplomatımız Nailə Mirqorod şəhərində yaşayır. Orada hərbi aerodromu darmadağın ediblər. Xarkovdan narahatedici xəbərlər gəlir. Xarkovda xeyli sayda azərbaycanlılar var. Onların dəqiq sayını deyə bilmərik. Biz diaspora təşkilatının rəhbərlərinə zəng etdik. Lakin onların bəziləri artıq Azərbaycandadır, bəziləri də konkret say deyə bilmədilər. Xarici İşlər Nazirliyi, cənab nazirlə mütəmadi əlaqə saxlayırıq”, – deyə səfir qeyd edib.

Elmira Axundovanın sözlərinə görə, səfirlik Ukraynanın Türkiyədəki Səfirliyi ilə əlaqədədir: “Vətəndaşlarımızı hərbi qüvvələrin, hərbi obyektlərin cəmləşdiyi əraziyə getməkdən çəkinməyə, sərhəd vilayətlərinə səyahət etməməyə çağırırıq. Öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır. Bizdə olan məlumatlara görə, bütün yollar tıxacdır”.

Səfir qeyd edib ki, hazırda Ukraynada vəziyyət gərgindir: “Biri deyir rus ordusu Xarkovu tutub, o biri deyir Lvovu. Hələ ki, informasiya dəqiq deyil. Dezinformasiyalara inanmayın. Burada vatsap və internetdən başqa, adi telefon belə işləmir. Harasa zəng etmək, çox çətindir. Telefonlar blok olunub. Telefon vasitəsilə biz demək olar ki, heç yerə çıxa bilmirik”.

Elmira Axundova əlavə edib ki, Kiyevdəki səfirlikdə və Xarkovdakı fəxri konsulluqda vətəndaşlar üçün qaynar xətt yaradılıb: “Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”. 

Continue Reading

Previous: “Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz” – İlham Əliyev
Next: “199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib” – Nazir

Bölmənin digər xəbərləri

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
  • Siyasət

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

14 May, 2026
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL
  • Siyasət

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL

14 May, 2026
9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur
  • Gündəm

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May, 2026

Top 7 Xəbər

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 1

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 2

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 3

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 4

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 5

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

16 May, 2026
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr 6

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

16 May, 2026
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq 7

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

16 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 438)
  • Dünya (3. 371)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9438) Dünya (3371) Gündəm (11758) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 16 May, 2026
  • Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 16 May, 2026
  • Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 16 May, 2026
  • Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 16 May, 2026
  • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.