Skip to content
17 İyul, 2026
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • HƏQİQƏTƏN DƏ: MTK-nı oyundan necə çıxarmalı? – Binalarda vahid xidmət haqqı məsələsi…
  • Cəmiyyət

HƏQİQƏTƏN DƏ: MTK-nı oyundan necə çıxarmalı? – Binalarda vahid xidmət haqqı məsələsi…

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir. Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1
Cavidan 12 Fevral, 2022

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir. Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməli və xidmətin keyfiyyəti yoxlanılmalıdır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini də təklif edib.

Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 1 manat 50 qəpikdir
Addim.az-ın məlumatına görə, məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyib ki, hazırda xidmət sahəsində qiymətlər yüksəkdir: “Hətta Bakıda binalar var ki, xidmət haqqı 1 kvadratmetrə görə 1 manat 50 qəpikdir. Lakin sakinlər özləri müştərək cəmiyyət qursalar belə, qiymət aşağı düşməyəcək. Xərclər artıb. Amma xidmət keyfiyyətli ola bilir, çünki idarə edən özləri olurlar. Problemlər çoxdur, ehtiyat büdcə formalaşdırılmalıdır və s. Dövlət buraya nəzarət etməli, binalar kompleks şəkildə idarə olunmalıdır. Onda kommunal xidmət üzrə qiymətlər aşağı düşə bilər”.

Sovet dövründə inşa edilmiş çoxmənzilli binalara…
Hüquqşünas Elyar Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, sovet dövründə inşa edilmiş çoxmənzilli binalara icra hakimiyyətlərinin nəzdindəki mənzil-kommunal təsərrüfatı birlikləri xidmət göstərir:
“Onların göstərdikləri xidmətlər üzrə ödəniş məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə hesablanır. Məsələn, məişət tullantılarını onlar daşıyırlar və buna görə standart məbləğlər mövcuddur. Lakin sovet dövründən sonra mənzil-tikinti kooperativlərinin (MTK-lar) inşa etdikləri binalarda bu cür deyil”.

Dövlətin istismara qəbul etmədiyi binada yaşamaq olmaz
“Burada iki açar məsələ var. Birincisi, dövlətin istismara qəbul etmədiyi binada yaşamaq olmaz. Əgər dövlət tərəfindən istismara qəbul edilməmiş binada yaşayırsınızsa, hüquqi baxımdan heç nəyin davasını apara bilməyəcəksiniz. Həmin şəxs heç vaxt “Azərişıq”, “Azərsu” ilə müqavilə bağlaya bilməyəcək, MTK-lar və yaxud MMC-lər isə öz istədikləri məbləğləri qoyacaqlar. Birincisi, bina dövlət tərəfindən istismara qəbul edilməlidir”, – deyə o qeyd edib.

Bina dövlət tərəfindən istismara qəbul edildikdən sonra oranı MTK idarə edə bilməz
Hüquqşünasın sözlərinə görə, ikinci açar məsələ budur ki, dövlət binanı istismara qəbul edildikdən sonra artıq oranı MTK idarə edə bilməz: “Dövlət tərəfindən istismara qəbul edilmiş binada mənzillərin mülkiyyətçiləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar.
Yəni onlar özləri qərar verməlidirlər ki, binada zibilin daşınması, lift xidməti üçün kimlərlə müqavilə bağlayacaqlar, binanın saxlanması üçün adambaşına nə qədər pul veriləcək və s. Bunların hamısı qanunda əla şəkildə göstərilib. Hətta MTK, dövlət binanı istismara qəbul etdikdən sonra özünü ləğv etmirsə, binanın idarəçiliyini müştərək cəmiyyətə vermirsə, bununla bağlı cərimə də nəzərdə tutulub”.

Vətəndaşlar birləşib öz təşkilatlarını yaratmalıdırlar
“Vətəndaşlar birləşib öz təşkilatlarının yaratmalı, MTK-nı oyundan çıxartmalıdırlar. Qanunda belədir. Əhalinin hüquqi maariflənmə səviyyəsi də o qədər yüksək deyil ki, hər kəs yığılıb bunu özü həll edə bilsin. Fikrimcə, bunu həll etmək üçün dövlət qurumları MTK-lara təzyiq etməlidir”, – deyə o əlavə edib.

Bu sahədə vahid tarif forması olmalıdır
Deputat Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu sahədə vahid tarif forması müəyyən edilməlidir: “Çoxmənzilli binaların idarəolunmasında həmin tarif dərəcələrindən istifadə olunarsa, bu, artıq söz-söhbətin yaranmasına da zəmin yaratmaz. Mövcud qanunvericilikdə çoxmənzilli binaların idarə edilməsi ilə bağlı müəyyən maddələr nəzərdə tutulub.
Çoxmənzilli binalarda sakinlərin iştirakı ilə müəssisə yaratmaqla və həmin müəssisədə kommunal və digər xidmətlər üzrə ödənişlərin müəyyən edilməsi, yəni binaların idarəolunması ilə bağlı tariflər müzakirə edilərək təsdiq olunmalıdır. Amma çox təəssüf ki, hələ də bu məsələ lazımi qaydada idarə edilmir və binalar müəyyən mənzil kooperativlərinin təsiri altında idarə olunur. Bu, qanunvericiliyə tamamilə ziddir”.

İdarəetmə yenidən “JEK”lərə verilsə, daha yaxşı olar
“Mövcud qanunvericiliyə görə, MTK-lar binaların idarəolunması ilə bağlı səlahiyyətlərini sakinlər tərəfindən yaradılmış müəssisələrə ötürməlidir. Təəssüf ki, hələ də məsələ öz həllini tapmayıb. Bəzi yerlərdə MTK-lar sakinlərin yaratdıqları müəssisələrdə tariflərin formalaşmasına təsir göstərirlər. Çoxmənzilli binaların idarəedilməsi yenidən mənzil-kommunal istismar sahələrinə (“JEK”lərə) verilsə, daha yaxşı olar. “JEK”lərin vahid tarifləri, idarəetmə qaydaları var”, – deyə deputat qeyd edib.

Sakinlər narazıdırlarsa, nə etməli
O bildirib ki, əgər çoxmənzilli binaların sakinləri yaratdıqları müəssisənin xidmətlərindən narazıdırlarsa, toplantı keçirərək həmin müəssisədən imtina edə bilərlər və xidmətləri “JEK” göstərə bilər: “Mövcud qanunvericilik buna icazə verir. Amma bütün bunlarla yanaşı, çoxmənzilli binaların idarəolunmasında vahid tarifin müəyyən edilməsi əlavə söz-söhbətin qarşısını almış olar”.

Xidmətin keyfiyyətinin yoxlanılması vacibdir
“Xidmətlərin keyfiyyətinin yoxlanılması da vacib məsələdir. Hazırki qanunvericiliyə görə, yaradılan müəssisənin idarə heyəti xidmətlərə nəzarət edir, sakinlər iclas keçirməklə xidmətlər ilə bağlı öz narazılığını söyləyə bilərlər. Lakin müəssisələr ümumi kollektiv tərəfindən idarə olunduğundan xidmət sahəsində problem yaranacağını düşünmürəm”, – deyə deputat əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başladı – KİV
Next: SON DƏQİQƏ! Jirinovski öldü

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 757)
  • Dünya (3. 459)
  • Gündəm (11. 956)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 1
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 2
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 3
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb Screenshot 2026-07-16 151345 4
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

16 İyul, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-16 144719 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9757) Dünya (3459) Gündəm (11956) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
© Addim.az | MoreNews by AF themes.