Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 104)
  • Dünya (3. 270)
  • Gündəm (11. 443)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Prezident Gənclər Forumunda iştirak etdi – YENİLƏNİB 

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Cavidan 2 Fevral, 2022

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib:

  • Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.

O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.

İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax bu salonda, bax bu yerdə “Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, – 25 il bundan əvvəl, – əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.

Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi.

Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri – yəni hakimiyyətdə olanları nəzərdə tuturam – deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm ki, artıq müzakirələrə başlayaq.

Sonra Forum işini müzakirələrlə davam etdirib.


13:24

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edir.

Continue Reading

Previous: Prezident iki Xalq artistinə ev verdi
Next: Azərbaycanda rekord sayda yoluxma

Bölmənin digər xəbərləri

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq
  • Cəmiyyət

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
  • Cəmiyyət

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
  • Cəmiyyət

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 1

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 2

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib 3

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart, 2026
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 4

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub 5

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

19 Mart, 2026
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 6

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb 7

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

19 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 104)
  • Dünya (3. 270)
  • Gündəm (11. 443)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9104) Dünya (3270) Gündəm (11443) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 19 Mart, 2026
  • Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 19 Mart, 2026
  • Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib 19 Mart, 2026
  • Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 19 Mart, 2026
  • Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub 19 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.