Skip to content
18 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Lenovo 2026-cı ildə qadınlar üçün ən yaxşı şirkətlər sırasına daxil olub
  • Texnologiya

Lenovo 2026-cı ildə qadınlar üçün ən yaxşı şirkətlər sırasına daxil olub

“Forbes” nəşri “Lenovo”nu 2026-cı ildə qadınlar üçün dünyanın ən yaxşı şirkətlərindən biri kimi tanıyıb. Şirkət qadınların inkişaf edə, rəhbər vəzifələr tuta və uğur qazana biləcəyi iş mühitinin yaradılmasına sadiqliyini təsdiq edərək qlobal reytinqdə 18-ci yeri tutub.
KiberSözçü 17 Noyabr, 2026
Lenovo 2026-cı ildə qadınlar üçün ən yaxşı şirkətlər sırasına daxil olub

“Forbes” nəşri “Lenovo”nu 2026-cı ildə qadınlar üçün dünyanın ən yaxşı şirkətlərindən biri kimi tanıyıb. Şirkət qadınların inkişaf edə, rəhbər vəzifələr tuta və uğur qazana biləcəyi iş mühitinin yaradılmasına sadiqliyini təsdiq edərək qlobal reytinqdə 18-ci yeri tutub.

“Biz hər kəsin uğur qazanmaq imkanına malik olduğu və müxtəlif nöqteyi-nəzərlərin və təcrübənin birləşdiyi mədəniyyətin formalaşmasına diqqət yetiririk”, – deyə “Lenovo”nun qlobal inklüzivlik direktoru Cennifer Bruerman Spenser (“Forbes”in cari ilin reytinqinin dərc olunması ilə bağlı açıqlamasında) bildirib.

“Forbes” tədqiqat şirkəti “Statista” ilə birlikdə 61 ölkədə beynəlxalq şirkətlərdə çalışan 140 000-dən çox qadının rəyləri əsasında illik reytinq hazırlayıb. Respondentlər işəgötürənləri ümumi iş prosesinin təşkili prinsipləri, eləcə də əmək haqqında bərabərlik, karyera yüksəlişi imkanları, ayrı-seçkilik hallarına reaksiya və uşağa qulluq məzuniyyəti kimi məsələlər üzrə qiymətləndiriblər.

“Lenovo”da işçi qrupları və peşəkar icmalar həmkarlarını ümumi təcrübə əsasında birləşdirir, mentorluq və peşəkar inkişaf üçün imkanlar yaradır, həmçinin əməkdaşların öz töhfələrini verə və böyüyə biləcəyi mədəniyyəti gücləndirməyə kömək edir.

“Forbes”, həmçinin “Lenovo”nu 2026-cı ildə dünyanın ən yaxşı işəgötürənləri sırasına daxil edib ki, bu da şirkətin bütün dünya üzrə əməkdaşlar üçün inklüziv və əlverişli iş mühiti yaratmağa sadiqliyini bir daha əks etdirir.

Bu son etiraflar “Lenovo”nun 2025-ci ildə “Forbes”in “Dünyanın ən yaxşı işəgötürənləri” və “Qadınlar üçün dünyanın ən yaxşı şirkətləri” siyahılarına daxil edilməsinin davamı olub və şirkətin bütün dünya üzrə əməkdaşlar üçün inklüziv iş mühitinin yaradılmasındakı ardıcıl tərəqqisini əks etdirən əmək təşkilatı sahəsində digər son etiraflarla müşayiət olunub.

“Lenovo”nun iş yerində inklüzivliyin təmin edilməsi təşəbbüsləri haqqında ətraflı məlumatı şirkətin ekoloji, sosial və idarəetmə aspektləri (ESG) üzrə son hesabatından öyrənmək olar.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Forbes İnklüzivlik Lenovo Reytinq Statista

Post navigation

Əvvəlki: Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Sonrakı: Google Maps süni intellektlə səyahət planları hazırlayacaq

Bölmənin digər xəbərləri

Google Maps süni intellektlə səyahət planları hazırlayacaq
  • Texnologiya

Google Maps süni intellektlə səyahət planları hazırlayacaq

KiberSözçü 17 Noyabr, 2026
Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı
  • Texnologiya

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı

KiberSözçü 16 Noyabr, 2026
Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var
  • Texnologiya

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

KiberSözçü 16 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science Smartfonlar Sony spacex Starlink startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 461)
  • Dünya (1. 132)
  • Gündəm (3. 528)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (99)
  • Siyasət (452)
  • Texnologiya (72)

Xəbər Trendi

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib 6afc578c426b v26bc (1) 1
  • Dünya

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17 Noyabr, 2026
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir 6af89e2a41 Ve2a4134b6af89e2a4134e 2
  • Cəmiyyət

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

17 Noyabr, 2026
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib 6afc4 cb003 v 3
  • Cəmiyyət

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

17 Noyabr, 2026
Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib 6cfa4b76-74f1- v591392_1200 4
  • Cəmiyyət

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

17 Noyabr, 2026
Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır 6af V19d3e 5
  • Cəmiyyət

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

17 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3461) Dünya (1132) Gündəm (3528) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (99) Siyasət (452) Texnologiya (72) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 1
  • 109
  • 106
  • 17. 239

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.