Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol…
  • Kateqoriyasızlar

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol…

Cavidan 14 Noyabr, 2026
1794656908 v9_1200x630

ABŞ ilk dəfə Ukraynaya Donbasdan qoşunlarını çıxarmaq müqabilində NATO-ya üzvlük məsələsini gündəmə gətirib. Kiyev hazırda tərəfdaşları ilə ölkənin təhlükəsizliyinin təmin edilməsi və bərpasını nəzərdə tutan kompleks paket üzərində müzakirələr aparır. Lakin hələlik konkret təklif yoxdur.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Dəfələrlə demişəm ki, Ukrayna geri çəkilmir və torpaqlarını terrorçulara təhvil vermir. Amerikalılar belə bir sual qoydular: “Əgər Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxacaqmı?” Bu, ilk dəfə baş verdi”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev tərəfdaşları ilə vahid paket üzərində müzakirələr aparır. Bu paketə NATO və Avropa İttifaqı tərəfindən konkret təhlükəsizlik təminatları, o cümlədən güclü Ukrayna ordusuna dəstək, hərbçilərin və silahların müəyyən edilmiş sayı, eləcə də konkret müddət üçün maliyyə yardımı daxil ola bilər.

Bundan başqa, paket Ukraynanın bərpası ilə bağlı “Prosperity Plan”ı (Rifah Planı) da əhatə etməlidir. Bu plan çərçivəsində maliyyələşmənin dəqiq müəyyən edilmiş mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Zelenski bildirib ki, belə bir təklif ABŞ və NATO-nun digər tərəfdaşları ilə razılaşdırılacağı təqdirdə, onu Ukrayna cəmiyyətinin müzakirəsinə çıxaracaq. Bununla belə, prezident vurğulayıb ki, bu cür qərarları təkbaşına qəbul edə bilməz.

“Əgər belə bir təklif olarsa, prezident kimi cəmiyyətlə açıq dialoqa başlayacağam və deyəcəyəm: Baxın, hazırda vəziyyətimiz belədir, bütün tərəfdaşlar bu məsələdə necə birləşiblər və hadisələrin gələcək inkişafını necə görürlər. Əlbəttə ki, işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasından söhbət getmir”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Zelenski NATO üzvlüyünü alyans ölkələrinin kollektiv məsuliyyət prinsipinə görə mühüm təhlükəsizlik təminatı hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna əvvəllər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə uyğun təminatların verilməsini istəyib. İndi isə Amerika tərəfi 4-cü və 5-ci maddələrin müddəalarını xatırladacaq təminatlardan danışır.

“Amerika tərəfinə sualım belədir: Əgər bizə NATO-ya bənzər bu təminatları versəniz, ABŞ hərbçiləri bizim torpaqlarımızda olacaqmı? Onların cavabı isə “Xeyr” oldu”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ müzakirə olunan təminatları ikitərəfli hesab edir və İsrail, eləcə də Yaxın Şərqin bəzi ölkələri ilə bağlanmış təhlükəsizlik sazişlərini nümunə göstərir.

Zelenski izah edib ki, bir sıra ərəb ölkələrində ABŞ hərbçiləri, aviasiyası, donanması və hərbi bazaları mövcuddur. İranın hücumları zamanı həmin obyektlər, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə qorunub.

Ukrayna Prezidentinin fikrincə, bu model müəyyən təhlükəsizlik təminatlarının praktikada necə işləyə biləcəyinə dair nümunələrdən biri sayıla bilər.

Bununla yanaşı, Zelenski Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarının konkret məzmununun və onların praktik icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb
Sonrakı: SpaceX ilk dəfə orbitdən qayıdan Starship gəmisini tutdu

Bölmənin digər xəbərləri

  • Kateqoriyasızlar

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub

Cavidan 12 Noyabr, 2026
  • Kateqoriyasızlar

İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

Cavidan 11 Noyabr, 2026
VppBIKZgSjoxO3hBrUwqUmhzOv200
  • Kateqoriyasızlar

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

Cavidan 7 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Qualcomm Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar Snapdragon spacex Starlink startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 445)
  • Dünya (1. 129)
  • Gündəm (3. 524)
  • İdman (261)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (253)
  • Kriminal (312)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (68)

Xəbər Trendi

Huawei ilk qlükoza monitorinq cihazı Sense G1-i təqdim etdi Huawei ilk qlükoza monitorinq cihazı Sense G1-i təqdim etdi 1
  • Texnologiya

Huawei ilk qlükoza monitorinq cihazı Sense G1-i təqdim etdi

15 Noyabr, 2026
SpaceX ilk dəfə orbitdən qayıdan Starship gəmisini tutdu SpaceX ilk dəfə orbitdən qayıdan Starship gəmisini tutdu 2
  • Texnologiya

SpaceX ilk dəfə orbitdən qayıdan Starship gəmisini tutdu

15 Noyabr, 2026
ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol… 1794656908 v9_1200x630 3
  • Kateqoriyasızlar

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol…

14 Noyabr, 2026
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb 6af8408e001116af8vaf8408e0010f 4
  • Dünya

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr, 2026
Epic Games Store şeytanlarla döyüş haqqında strategiya oyununu pulsuz paylayır Epic Games Store şeytanlarla döyüş haqqında strategiya oyununu pulsuz paylayır 5
  • Texnologiya

Epic Games Store şeytanlarla döyüş haqqında strategiya oyununu pulsuz paylayır

14 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3445) Dünya (1129) Gündəm (3524) Kateqoriyasızlar (253) Kriminal (312) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (68) İdman (261) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 1
  • 205
  • 176
  • 16. 482

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.