AZCON Holding-in tərkibinə daxil olan “AzInTelecom” MMC 8 Noyabr – Qələbə Gününün altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Aksiya işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndində baş tutub. Tədbir Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İrşad çərçivəsində “AzInTelecom” əməkdaşları 300 ağac əkib və onların ilkin suvarılmasını həyata keçiriblər.
Aksiya Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı Xüsusi Nümayəndəliyinin və “Qayıdış könüllüləri” İctimai Birliyinin dəstəyi ilə keçirilib.
Aksiya işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpasına və yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədilə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində təşkil edilib.
“AzInTelecom” MMC ətraf mühitin mühafizəsinə və dayanıqlı inkişafın təşviqinə yönəlmiş korporativ sosial məsuliyyət təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcəkdir.
