Skip to content
5 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
  • Cəmiyyət

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

Fransa Milli Assambleyası 2027-ci il dövlət büdcəsi layihəsinin birinci hissəsini yekdilliklə rədd edib. Bu, parlamentdə çoxluğa malik olmayan
Cavidan 5 Noyabr, 2026
NnltjbnZnIuuDbwqd3kuvmZP_1200

Fransa Milli Assambleyası 2027-ci il dövlət büdcəsi layihəsinin birinci hissəsini yekdilliklə rədd edib. Bu, parlamentdə çoxluğa malik olmayan və xərclərin 43 milyard avro azaldılmasına nail olmağı hədəfləyən Baş nazir Sebastyan Lekornyunun hökumətinə təzyiqi artırıb.

Büdcənin gəlirlər hissəsinin əleyhinə 458 deputat səs verib, iki deputat isə bitərəf qalıb.

Nəticədə deputatlar xərclər bölməsinin müzakirəsinə keçə bilməyiblər. Sənəd noyabrın 20-də müzakirələrin keçiriləcəyi Senata göndərilib.

Hökumət Fransanın büdcə kəsirini 2027-ci ildə ÜDM-in 5 %-nə endirməyi planlaşdırır. Cari ildə bu göstəricinin 5,4 % olacağı gözlənilir.

Lakin deputatların daxil etdiyi, pensiyaçılara və yerli hakimiyyət orqanlarına təsir edən bir sıra qənaət tədbirlərini, eləcə də iri şirkətlərin mənfəətinə tətbiq edilən əlavə vergini ləğv edən düzəlişlər kəsiri ÜDM-in 5,9 %-nə qədər artıra bilər. Bu barədə dövlət hesabları naziri David Amiel bildirib.

Büdcəyə Senatda baxıldıqdan sonra qanun layihəsi yenidən parlamentin aşağı palatasına göndəriləcək. Hökumət ilin sonuna qədər onun qəbul edilməsinə nail olmaq niyyətindədir, lakin parlamentdə çoxluğun olmaması danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirir.

Vəziyyətin daha da çıxılmaz hal alacağı təqdirdə, Lekornyu hökumətə etimadsızlıq votumunun irəli sürülməsi riski ilə yanaşı, büdcəni deputatların səsverməsi olmadan qəbul etməyə imkan verən Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edə bilər.

Digər bir variant kimi büdcənin ordonans vasitəsilə qəbul edilməsi nəzərdən keçirilir – bu, ölkənin müasir siyasi praktikasında müəyyən konstitusion şərtlər daxilində parlament prosedurundan yan keçməyə imkan verən misli görünməmiş bir addımdır.

Büdcə layihəsinin rədd edilməsi, hökumətin zəif iqtisadi artım və dövlət borcunun artması fonunda fiskal konsolidasiya həyata keçirməkdə çətinliklərlə üzləşdiyi Fransadakı siyasi böhranın növbəti təzahürü olub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İran Ermənistana xəbərdarlıq edib

Bölmənin digər xəbərləri

5791f5a1-d4e2-301e-ab5a B0
  • Cəmiyyət

Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

Cavidan 5 Noyabr, 2026
0NsbNDyCPk vwyPwzjOVPQ9Ci5_1200
  • Cəmiyyət

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək – Eksklüziv

Cavidan 5 Noyabr, 2026
6aec49a94d1ff6aec4 v7c46267ac252a035a2
  • Cəmiyyət

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib – YENİLƏNİB

Cavidan 5 Noyabr, 2026

Teqlər

4Sİ Akademiyası 4SİM AI Express Android AnTuTu Apple AzInTelecom Azərbaycan Binance Birləşmə və alınma biznes bStocks Business Epic Games Store informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo Lumentum Maliyyə bazarları Marvell Technology Microsoft Newsbeat Noutbuk NVIDIA Blackwell OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 413)
  • Dünya (1. 116)
  • Gündəm (3. 509)
  • İdman (259)
  • İqtisadiyyat (176)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (450)
  • Texnologiya (51)

Xəbər Trendi

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər NnltjbnZnIuuDbwqd3kuvmZP_1200 1
  • Cəmiyyət

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

5 Noyabr, 2026
İran Ermənistana xəbərdarlıq edib 6aec7398050e ve06aec7398050e1 2
  • Dünya

İran Ermənistana xəbərdarlıq edib

5 Noyabr, 2026
Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı 5791f5a1-d4e2-301e-ab5a B0 3
  • Cəmiyyət

Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

5 Noyabr, 2026
Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib 6cfa4b76-74 v91392_1200 4
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

5 Noyabr, 2026
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək – Eksklüziv 0NsbNDyCPk vwyPwzjOVPQ9Ci5_1200 5
  • Cəmiyyət

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək – Eksklüziv

5 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3413) Dünya (1116) Gündəm (3509) Kateqoriyasızlar (246) Kriminal (311) Mədəniyyət (97) Siyasət (450) Texnologiya (51) İdman (259) İqtisadiyyat (176)

Sayt üzrə statistika

  • 16
  • 928
  • 605
  • 10. 953

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.