Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə
Cavidan 20 Oktyabr, 2026
4a7984d6-93 v

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Əvvəlki redaksiyada isə bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.

Daha bir təklif edilən dəyişikliyə görə yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.

Layihədə vurğulanıb ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab oluna bilər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi
Sonrakı: Sabah rayonlara yağış yağacaq

Bölmənin digər xəbərləri

Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Cavidan 17 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Cavidan 17 Oktyabr, 2026
vvv
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Cavidan 13 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 313)
  • Dünya (1. 085)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (21)

Xəbər Trendi

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli 1
  • Texnologiya

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli

20 Oktyabr, 2026
“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı “Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı 2
  • Texnologiya

“Cyberpunk: Edgerunners 2” anime-serialı Netflix-də yayımlandı

20 Oktyabr, 2026
Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb b 3
  • Cəmiyyət

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

20 Oktyabr, 2026
Sabah rayonlara yağış yağacaq 95wiZvi6FFbsC5Lj v 4
  • Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

20 Oktyabr, 2026
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır 4a7984d6-93 v 5
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3313) Dünya (1085) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 63
  • 57
  • 4. 884

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.