Microsoft şirkəti adi geympadın kompakt versiyası olan Xbox Nano Controller-i təqdim etdi. Bu, Xbox tarixinin ən kiçik nəzarətçisidir. Qurğunun ölçüsü uzununa 12,7 sm, çəkisi isə cəmi 99 qram təşkil edib. Xbox qeyd edib ki, nəzarətçi əksər müasir smartfonlardan daha kiçik və yüngüldür.
Xbox Nano Controller uşaqlar, kiçik ovuc içi olan istifadəçilər, səyahətçilər, həmçinin dostlarının evində oynamğı sevənlər üçün həll yolu kimi mövqeləndirilir. Geympad konsollar, fərdi kompüterlər və smartfonlarla uyğundur.
Kompakt ölçülərinə baxmayaraq, tərtibatçılar bütün 18 standart idarəetmə elementini qoruyub saxlayıblar. Qurğu daxili akkumulyator və skrinşotların yaradılması, oyun prosesinin qeydə alınması və digər tez-tez istifadə olunan əmrlərin təyin oluna bildiyi proqramlaşdırıla bilən Action Button düyməsi ilə təchiz olunub. Simsiz qoşulma üçün Xbox Wireless və Bluetooth texnologiyaları nəzərdə tutulub.
Xbox Nano Controller noyabrın 4-də 49.99 ABŞ dolları qiyməti ilə satışa çıxarılacaq. Artıq ön sifarişlər açılıb.
