Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi
Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub.

Yeni qanunla qanunsuz ovlanma və kvota pozuntularının qarşısının çevik şəkildə alınması məqsədilə balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir. Bu, nəzarətin “istehsaldan istehlaka qədər” prinsipi əsasında fasiləsiz həyata keçirilməsinə və ərzaq təhlükəsizliyinin qorunmasına imkan verəcək.

Aqrar sektorda ƏMTQ öhdəliyi üçün konkret kəmiyyət meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan “ixtisaslaşmış” və “irimiqyaslı” terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, Dünya Bankı və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:

Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);

Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.

Aqroparklar üçün yeni tənzimləmə: Aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesinə cəlb ediləcək.

Kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaqdır.

Post navigation

Previous: Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib
Next: İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Bölmənin digər xəbərləri

ZnscHtHvcMX6 cc
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

Cavidan 31 Avqust, 2026
mvJ2yXp0vI5lPRfK v
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

Cavidan 31 Avqust, 2026
vcrMyLIl9JHkUe v
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Cavidan 31 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 036)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (402)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər ZnscHtHvcMX6 cc 1
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

31 Avqust, 2026
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 2
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 3
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib vcrMyLIl9JHkUe v 4
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust, 2026
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var 4b0c3d2c-117 v 5
  • Kriminal

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3036) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (402) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.