Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • DTX rəsmisi: “Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır”
  • Cəmiyyət
  • Gündəm

DTX rəsmisi: “Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır”

Enerji sahəsi kritik infrastruktur qurumları arasında kiberhücumların ən geniş miqyasda hədəf aldığı sektordur. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
Cavidan 4 İyun, 2026
Screenshot 2026-06-04 121307

Enerji sahəsi kritik infrastruktur qurumları arasında kiberhücumların ən geniş miqyasda hədəf aldığı sektordur.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, bunun əsas səbəbi enerjinin olmamasının digər sahələrin işinin də pozulmasına gətirib çıxarmasıdır: “Dünyada hazırlanan hesabatlara nəzər saldıqda aydın olur ki, enerji sektoru bu 10 kritik infrastruktur sahəsinin (bəzi dövlətlərdə 12, bəzi dövlətlərdə isə 8 sahə olaraq təsnif edilib) ən başında gəlir və ən prioritet sektor hesab olunur. Bu sahədə hücumlar, demək olar ki, müxtəlif mənbələrə istinadən bildiririk, həftəlik mindən artıq ciddi hücum qeydə alınır. Qlobal miqyasda bu meylın sürətlə artması müşahidə edilir”.

D. Rüstəmovun sözlərinə əsasən, eyni zamanda APT, yəni dövlət tərəfindən dəstəklənən hücumlar da mövcuddur:

“Dövlət dəstəkli hücumların adi hücumlardan fərqləndiyini hamımız yaxşı dərk edirik. Arxasında dövlət dəstəyinin dayandığı bildirilən hallarda xüsusi xidmət orqanlarının iştirakı aşkar görünür və bu təhdidin növü olduqca ciddi xarakter daşıyır. Bu cür təhdidlər heç bir halda adi fəaliyyət sayıla bilməz. Bu təhdid növü dövlətin kritik informasiya infrastrukturunu hədəfə almağı da prioritet vəzifə kimi müəyyənləşdirir. Bu seçimlərində çox qətiyyətlidir, yəni davamlılığı və sistemdə qalıcılığı təmin etmək məqsədi güdür. Bu sahədəki təcrübə göstərir ki, belə hücumlar 200-300 gün keçdikdən sonra üzə çıxır və bu hücumlar tam şəkildə qalıcılığı təmin etməyə yönəlib”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb
Sonrakı: Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

Bölmənin digər xəbərləri

6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026
ZN8SEt6sxrb1bqZK3b
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 337)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb 6adb637c0b6156adb637 b 1
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

23 Oktyabr, 2026
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir CcZ3VLj6BqWahnSV 2
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

23 Oktyabr, 2026
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 3
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 4
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 5
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3337) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 17
  • 16
  • 6. 300

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.