Skip to content
23 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
  • Siyasət

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət
Cavidan 1 İyun, 2026
Screenshot 2026-06-01 161848

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.

Bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir.

“Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik”.

Prezident Azərbaycanın emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratdığını da vurğulayıb.

“Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər”.

İlham Əliyev Azərbaycanın mövcud qaz ehtiyatlarının ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcəyini də ifadə edib:

“Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb
Next: ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 152001
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 142048
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 765)
  • Dünya (3. 460)
  • Gündəm (11. 960)
  • İdman (676)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib Screenshot 2026-07-22 143723 1
  • Cəmiyyət

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

22 İyul, 2026
Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq Screenshot 2026-07-22 130925 2
  • Cəmiyyət

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

22 İyul, 2026
Azərbaycan və Gürcüstan arasında “E-Permit” sisteminin tətbiqinə başlanılıb Screenshot 2026-07-22 122902 3
  • Cəmiyyət

Azərbaycan və Gürcüstan arasında “E-Permit” sisteminin tətbiqinə başlanılıb

22 İyul, 2026
Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək photo_148351 v 4
  • Cəmiyyət

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

22 İyul, 2026
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib QNdQDHWXrmd v 5
  • Dünya

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

22 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9765) Dünya (3460) Gündəm (11960) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (676) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.