İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir Azərbaycana səfəri çərçivəsində Qarabağa gedəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 6-da Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı məlumat verilib.
Görüşdə qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.
