Skip to content
8 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 189)
  • Dünya (3. 304)
  • Gündəm (11. 539)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul
Cavidan 8 Aprel, 2026

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqları və ölkələri daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.

Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.

Görüşdə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Continue Reading

Previous: Qobustanda qışlaqda gölməçəyə düşən azyaşlı ölüb
Next: Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir
  • Cəmiyyət

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

8 Aprel, 2026
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib
  • Cəmiyyət

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

8 Aprel, 2026
Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb
  • Cəmiyyət

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

8 Aprel, 2026

Top 7 Xəbər

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 1

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

8 Aprel, 2026
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib 2

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

8 Aprel, 2026
Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb 3

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

8 Aprel, 2026
Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB 4

Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB

8 Aprel, 2026
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib 5

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

8 Aprel, 2026
Sabunçuda iki nəfər dəm qazından öldü 6

Sabunçuda iki nəfər dəm qazından öldü

8 Aprel, 2026
Qızıl və gümüş BAHALAŞDI 7

Qızıl və gümüş BAHALAŞDI

8 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 189)
  • Dünya (3. 304)
  • Gündəm (11. 539)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9189) Dünya (3304) Gündəm (11539) Kateqoriyasızlar (477) Kriminal (1368) Mədəniyyət (344) Siyasət (2978) Texnologiya (14) İdman (639) İqtisadiyyat (583)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 8 Aprel, 2026
  • TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib 8 Aprel, 2026
  • Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb 8 Aprel, 2026
  • Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB 8 Aprel, 2026
  • İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib 8 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.