Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
  • Kriminal

Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı hüquqi tədbirlər görülüb.
Cavidan 12 Mart, 2026
CMOxH6wjSInikb

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı hüquqi tədbirlər görülüb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Təqsirkar şəxs barəsində məhkəmənin müvafiq qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən 4 mart 2026-cı il tarixində aparılan monitorinq zamanı sözügedən ərazidə su hövzəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar olunmuşdu. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilmişdi.

Araşdırma nəticəsində müəyyən edilmişdi ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.

Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji həssas zona hesab olunur. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Post navigation

Previous: Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH
Next: Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

Bölmənin digər xəbərləri

  • Kriminal

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO

Cavidan 27 Avqust, 2026
Screenshot 2026-08-24 091737
  • Kriminal

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-22 105729
  • Kriminal

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 024)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik CGvGnWJjIAEubcz v 1
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

28 Avqust, 2026
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub Iu8dpm2k v 2
  • Dünya

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

28 Avqust, 2026
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək ztAYy2c0s5Z v 3
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

28 Avqust, 2026
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB 1787903771403v vvv 4
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

28 Avqust, 2026
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib 1736325742 v 5
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3024) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.