Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 487)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik edib.Təbrikdə deyilir: “Hörmətli Nəriman
Cavidan 18 Fevral, 2026

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.

Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.

Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.

Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.

İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaq”.

Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur.

Continue Reading

Previous: Xamenei azərbaycanlıları təriflədi – Təbrizlilər bu şuarları səsləndirdilər
Next: Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bölmənin digər xəbərləri

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
  • Cəmiyyət

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
  • Gündəm

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026

Top 7 Xəbər

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 1

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 2

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 3

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 4

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

22 May, 2026
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb 5

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

22 May, 2026
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir 6

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

22 May, 2026
Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə 7

Qurban kəsimi rəsmən qadağan edildi – Bu ölkədə

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 487)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9487) Dünya (3377) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
  • Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 22 May, 2026
  • Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 22 May, 2026
  • “Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 22 May, 2026
  • TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.