Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Xamenei azərbaycanlıları təriflədi – Təbrizlilər bu şuarları səsləndirdilər
  • Dünya
  • Gündəm

Xamenei azərbaycanlıları təriflədi – Təbrizlilər bu şuarları səsləndirdilər

İranın ali lideri Seyid Əli Xamenei dünən Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla – azərbaycanlılarla
Cavidan 18 Fevral, 2026
1771421477_ali-hamenei

İranın ali lideri Seyid Əli Xamenei dünən Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla – azərbaycanlılarla görüşüb. Görüş 18 fevral 1978-ci ildə Təbriz əhalisinin Şah rejiminə qarşı tarixi qiyamının növbəti ildönümü ilə bağlı keçirilib.

Türkiyəli jurnalist Gürkan Demir Xameneinin təbrizlilərlə görüşündən reportaj hazırlayıb.

Sosial media hesabında paylaşım edən jurnalist bildirib ki, salonda ən çox səslənən şüar “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” olub.

Onun sözlərinə görə, görüşdə Təbrizdən gələn 1000-dən çox insan İslam Respublikasına sadiqliyini vurğulayıb.

“Mən görüşdə iştirak edən yeganə türk media nümayəndəsi idim. Orada “Ulusal” kanal və “Aydınlıq” qəzetini təmsil edirdim”, – jurnalist qeyd edib.


Gürkan Demirin sözlərinə Xamenei ilə görüşə Təbrizdən olan hərbçilər, polis məmurları, siyasi rəsmilər, din alimləri və adi vətəndaşlar gəlmişdilər:

“Körpələri ilə birlikdə gələnlər və əlil arabalarında olanlar var idi…
Keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin cümə imamının atası da iştirakçılar arasındaydı… Şərqi Azərbaycanın aparıcı futbol komandası “Traktor”un azarkeş qrupu da orada idi. Onlar komanda şərfləri və gödəkçələri ilə gəlmişdilər. Həmçinin özləri ilə gətirdikləri və üzərində “Yaşasın Azərbaycan” yazısı olan İran bayrağını da açdılar.

Ayətullah Xamenei içəri girəndə salondakılar hərəkətləndilər. Hətta bəziləri sevinc və həyəcandan göz yaşları tökdülər. Onlar əllərində 12 günlük İran-İsrail müharibəsində şəhid olmuş təbrizli polis və əsgərlərin fotoşəkillərini tutmuşdular”.

Türkiyəli jurnalist bildirib ki, Xamenei ilə görüşən təbrizlilər bir sıra şüarlar səsləndirib, fars və Azərbaycan türkcəsində mərsiyə və himnlər oxuyublar.

“Xüsusi olaraq bəstələnmiş himn ucadan və eyni anda oxundu.

Səsləndirilən şüarlardan bəziləri bunlar idi:

– Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!;
– Azərbaycan oyaqdır, inqilaba dayaqdır!;
– Azərbaycan qan verər, inqilaba can verər!;
– Azərbaycan-e canbaz, Xameneidən ayrılmaz!;
– Biz ölməyə hazırıq, Xameneinin sərbazıyıq!;
– Allahu əkbər, Xamenei rəhbər!”


Gürkan Demirin sözlərinə görə, görüşdə Ayətullah Xamenei yanvar iğtişaşları zamanı yetkin mövqe nümayiş etdirdiklərinə görə Şərqi azərbaycanlıları tərifləyib, onlara təşəkkür edib.

“Təxminən üç saatlıq görüş ərzində həm vətəndaşlarla söhbət etmək, həm də müsahibələr almaq imkanım oldu. Şərqi Azərbaycandan gələlər əsasən belə deyirdilər: “Liderimiz və vətənimiz üçün canımızı və qanımızı qurban verməyə hazırıq! Biz hər vəziyyətdə liderimizin arxasında dururuq. İqtisadi, siyasi və hərbi çətinliklərin öhdəsindən gələcəyik!”, – türkiyəli jurnalist yazıb.(Modern.az)

Post navigation

Previous: Bəzi yerlərdə külək güclənəcək
Next: Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi

Bölmənin digər xəbərləri

CGvGnWJjIAEubcz v
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Cavidan 28 Avqust, 2026
Iu8dpm2k v
  • Dünya

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Cavidan 28 Avqust, 2026
ztAYy2c0s5Z v
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 028)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (201)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır b9494f79-c75e- V 1
  • Cəmiyyət

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

28 Avqust, 2026
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır n6amuACF7 v 2
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

28 Avqust, 2026
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq cSbeaGkhvXU090l4 v 3
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 20938926 4
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib 6a91 v 5
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3028) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (201) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.