Skip to content
14 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 421)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 990)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Cavidan 7 Fevral, 2026

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub.

1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə verilib.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.

2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.

Continue Reading

Previous: BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr
Next: Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

Bölmənin digər xəbərləri

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • Cəmiyyət

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

14 May, 2026
Sabah 30 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq

14 May, 2026
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
  • Cəmiyyət

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14 May, 2026

Top 7 Xəbər

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb 1

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

14 May, 2026
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL 2

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL

14 May, 2026
Sabah 30 dərəcə isti olacaq 3

Sabah 30 dərəcə isti olacaq

14 May, 2026
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 4

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May, 2026
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 5

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14 May, 2026
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 6

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

14 May, 2026
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi 7

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

14 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 421)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 990)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9421) Dünya (3366) Gündəm (11747) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2990) Texnologiya (14) İdman (651) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb 14 May, 2026
  • Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL 14 May, 2026
  • Sabah 30 dərəcə isti olacaq 14 May, 2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 14 May, 2026
  • Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 14 May, 2026
© Addim.az | MoreNews by AF themes.