Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə
Cavidan 7 Fevral, 2026
1770379649_1

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında baş tutan imzalanma mərasimi Tiflisdə keçirilib.

Bəs, 7 fevralda dünyada daha hansı hadisələr baş verib? 

1. 7 fevral 1550-ci ildə III Yuli Roma Papası seçilib. 

2. 1613-cü ilin bu günündə I Mixail Rusiya İmperiyasının çarı olub.

3. 7 fevral 1855-ci ildə Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında “Əbədi sülh və səmimi dostluq” elan edilib.

4. 1900-cu ilin 7 fevralında İngiltərə İşçi Partiyası yaradılıb. 

5. 1945-ci ilin 7 fevralında müttəfiqlər – İngiltərənin Baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin D.Ruzvelt və SSRİ-nin Baş katibi İosif Stalin Qara dəniz sahilində gizli bir yerdə Almaniyaya qarşı müharibənin sonu və Avropanın gələcəyi mövzularını müzakirə ediblər.

6. 7 fevral 1964-cü ildə İngiltərənin populyar musiqi qrupu “The Beatles” ilk ABŞ qastrol səfəri üçün Nyu-Yorka getdi. Heyranlarının böyük rəğbəti qarşısında qaldıqları otel polis barikkadasına alınarkən, qrup üzvləri iki gün müddətində otaqlarından çölə çıxa bilmədilər.

7. 7 fevral 1971-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilib.

8. 1973-cü ilin 7 fevralında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna “Qəhrəman” adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib. Qeyd edək ki, Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub. 

9. 1990-cı ilin bu günündə Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib. 

10.  7 fevral 1992-ci ildə Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri – Maastrix müqaviləsi imzalanıb. 

11. 1995-ci ilin bu günündə ABÇ-ın “Discovery” kosmik gəmisi Rusiyanın “Mir” kosmik stansiyasına birləşib. 

12. 1996-cı ilin 7 fevralında Türkiyənin “Bir-Gen Air” şirkətinə məxsus “Boeing 757” sərnişin təyyarəsi Dominikan Respublikası yaxınlığında Atlantik okeanına düşüb və 189 nəfər həlak olub. 

13. 2009-cu ilin 7 fevralında Avstraliyada ölkə tarixinin ən böyük yanğını baş verib. Viktoriya ştatında “Qara şənbə” günü baş verən yanğında 173 nəfər həyatını itirib, 414 nəfər isə yaralanıb.

7 fevralda həm də bu şəxsiyyətlər xatırlanır.

1. 1919-cu ilin bu günündə rejissor, aktyor və ssenarist Tofiq Tağızadə anadan olub (1919-1998). Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.

2. 7 fevral 1928-ci ildə türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya göz açıb. 

3. Bu gün Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub. 

4. 1478-ci ilin 7 fevralı İngiltərənin paytaxtı Londonda məhşur ingilis mütəfəkkiri, utopik-sosializmin banisi Tomas Mor anadan olub. (1478-1535)

5. 1812-ci ilin 7 fevralında ingilis ədəbiyyatında sosial roman janrının görkəmli nümayəndəsi Çarlz Dikkens dünyaya gəlib. Onun “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Balaca Dorrit”, “Böyük ümidlər” və digər romanları dünyanın bir çox ölkəsində dəfələrlə tərcümə olunaraq nəşr edilib. (1812-1870) (Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar
Next: Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.