Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Vəfat edən 1200-dək hərbi qulluqçunun ailə üzvlərinin pensiyası yenidən hesablanıb
  • Cəmiyyət

Vəfat edən 1200-dək hərbi qulluqçunun ailə üzvlərinin pensiyası yenidən hesablanıb

“1 iyun 2017-ci ilə qədər hərbi qulluqçu vəfat etdikdə onların ailə üzvlərinə müvafiq təminat xərcinin 35 və ya
Cavidan 11 Yanvar, 2022
1545209783.manat-pul-e1504855964313-696x420

“1 iyun 2017-ci ilə qədər hərbi qulluqçu vəfat etdikdə onların ailə üzvlərinə müvafiq təminat xərcinin 35 və ya 50 faiz miqdarında pensiya təminatı nəzərdə tutulub. 1 iyun 2017-ci ildən sonra edilmiş dəyişikliyə uyğun olaraq qeyd olunan faiz dərəcələrinin 80 faizə çatdırılması müəyyənləşdirilib”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.

Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən şəxslərə mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi qədər əmək pensiyası ödənişi təyin edilir: “Tutaq ki, hərbi qulluqçu 2017-ci ildə vəfat edib, onun ailə üzvünün pensiya hüququ həmin ilin dekabrında yaranıbsa, bir ailə üzvü olduğu halda 35 faiz miqdarında əmək pensiyası təyin edilir və 80 faizə çatdırılmaqla müəyyənləşdirilir. Amma 2017-ci ilin 1 iyunundan əvvəl pensiya təyinatlarına bunların şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. 2017-ci ildən əvvəl pensiya təyin edilmiş şəxslərin pensiyası köhnə qaydada, yəni 35 və ya 50 faiz miqdarında müəyyənləşdirilib. Burada bir ziddiyyət var idi və bunun aradan qaldırılması üçün rəhbərliyə məruzələr təqdim edildi. Digər dövlət qurumları ilə məsləhətləşmələr aparıldıqdan və məhkəmələrin məsələyə yanaşmasını öyrəndikdən sonra 2017-ci il 1 iyundan sonra əmək pensiyası təyin edilmiş şəxslərin də əmək pensiyalarının yenidən hesablanmasına başlanılıb. Bu, nazirin 2020-ci ilin mart ayından verdiyi tapşırığa əsasən həyata keçirilməyə başlayıb. 2020-ci ilin mart ayından indiyədək 1200-ə yaxın belə şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanıb. Burada söhbət hərbi qulluqçu və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin əmək pensiyası təyin edilmiş ailə üzvlərindən gedir. Onlara hesablanan aylıq əmək pensiyasının məbləği ümumilikdə 458 min manat idi, yenidən hesablanma ilə bu rəqəm 940 min manata qalxdı. Bunun aylıq maliyyə yükü 482 min, illik maliyyə yükü isə 5 milyon 700 min manat təşkil edir. Nəticədə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxsin pensiya məbləği 390 manatdan orta hesabla 800 manata qədər artdı. Bu, 5 və ya 15 faiz artım deyil, birbaşa 105 faiz artım deməkdir. Eyni zamanda, bu şəxslərə keçmiş dövr üzrə 15 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq onların artırılmış pensiyalarının üzərinə əlavə edilməklə ödənilməkdədir. Qərar veriləndə bunların hamısı nəzərə alınmışdı. Hazırda ailə başçısını itirməyə görə pensiyanın hesablanması ilə bağlı 300-dən yuxarı müraciətə baxılmaqdadır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilir
Next: Müdafiə Nazirliyindən partlayış səsi ilə bağlı AÇIQLAMA

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 141435
  • Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 115314
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 671)
  • Dünya (3. 430)
  • Gündəm (11. 916)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 1
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 2
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 3
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026
AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB Screenshot 2026-07-01 141435 4
  • Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır – YENİLƏNİB

1 İyul, 2026
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Screenshot 2026-07-01 121850 5
  • Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9671) Dünya (3430) Gündəm (11916) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.