Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 800)
  • Dünya (3. 161)
  • Gündəm (11. 003)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir – ŞƏRH

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə
Cavidan 13 Avqust, 2025

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmalar Cənubi Qafqazda yeni reallıqların yaranması, kommunikasyaların blokdan açılması, Naxçıvanla əlaqənin təmin edilməsi, Azərbaycanın nəqliyyat logistikasının gücləndirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, ABŞ ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması deməkdir.

Yenixeber.org: Bu, eyni zamanda, şəxsən Paşinyan və Ermənistanın hakim partiyası üçün böyük siyasi uğur sayıla bilər, çünki o, 2026-cı il seçkilərində sülhü əldə edən siyasətçi kimi qoşula bilər. Belə bir vəziyyət isə erməni diasporu və müxalifətini ciddi şəkildə narahat etməyə başlayıb.

2020-ci ildən bu yana həm sülhün, həm də regionun nəqliyyat kommunikasiyalarının açılmasının qarşısında böyük əngələ çevrilən diaspor və müxalifət artıq uduzduğunu dərk edir. Keçirilən sorğular isə göstərir ki, Ermənistan sakinlərinin böyük əksəriyyəti Vaşinqton Bəyannaməsinin maddələrindən və şərtlərindən razıdırlar. Hətta bunu erməni müxalifətinin nəzarətində olan KİV-lər də etiraf edir. Bununla belə, erməni müxalifəti əlində olan media resurs və sosial şəbəkələr vasitəsilə Vaşinqton Bəyannaməsi barədə şərhlər verir, Ermənistanın dövlət kimi artıq mövcud olmayacağı barədə xəbərlər tirajlayırlar. Müxalifətin şərh və rəy hücumu əsasən bir neçə tezis üzərində qurulub: Qarabağ məsələsi bağlanır, Qarabağ ermənilərinin problemi açıq qalır, Bakıda ədalət qarşısında cavab verən erməni separatçıların mövzusu da tarixə qovuşur, Sünik vilayəti, yəni Zəngəzur Azərbaycanın nəzarətinə keçir.

Səhərdən gecə saatlarına qədər Serj Sarkisyan və Robert Köçəryanın maliyyəsi ilə çalışan bir sıra media resurslarında (panorama.am, aysor.am, 168.am, 1in.am, hetq.am, zham.am vəs.) Vaşinqtonda imzalanan sənədlə bağlı ağzına gələn şərhi vermək üçün bir sıra siyasətçi və politoloq sıraya düzülüb.

Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, 8 avqust sənədi eyni zamanda erməni diasporunun da yuxusuna haram qatıb. Artıq çirkin planlarını icra etmək üçün Ermənistanı itirməyə doğru getdiyini anlayan diaspor müəyyən siyasi dairələrin sifarişi ilə hərəkətə keçib. Maraqlıdır ki, amerikalı vəkil Robert Amsterdam tələm-tələsik İrəvana səfər edib, bir sıra açıqlamalar verib, bəyanatlar səsləndirib. Hüquqşünasın Vaşinqton Bəyannaməsinin imzalanması ilə eyni vaxtda Ermənistana səfəri göstərir ki, diaspor imzalanmış sənədin əleyhinədir və bu səbəbdən Baş nazirə qarşı yeni planı dövriyyəyə buraxıb. İrəvana enər-enməz açıqlama verən vəkil bildirib ki, biznesmen Samvel Karapetyana qarşı irəli sürülən ittihamların mahiyyətindən və Ermənistan hakimiyyətinin kilsəyə hücumundan şoka düşüb.

İşin maraqlı tərəfi də odur ki, bu açıqlamadan sonra Amsterdam bəyan edib ki, Ermənistan hökuməti onu ölkəyə buraxmamaqla hədələyib və onunla görüşmək niyyətində deyil. Bununla yanaşı, amerikalı hüquqşünas qeyd edib ki, əgər hökumətlə görüş baş tutmasa, amerikalılar erməni diasporu ilə işləyəcək və beynəlxalq təşkilatlarla əlaqə saxlayacaqlar. Elə bu açıqlamalar Amsterdamın Ermənistana kimin sifarişi və göstərişi ilə səfər etdiyini aydın şəkildə ortaya qoyur. Eyni zamanda adi bir vəkilin erməni hökumətini hədələməsi də onun məqsədlərindən xəbər verir.

İşin digər tərəfi isə odur ki, amerikalı vəkilin səfərindən dərhal sonra Karapetyan ailəsi “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin müsadirə edilməsi ilə bağlı Ermənistan Respublikasına qarşı beynəlxalq investisiya arbitrajı qaldırıb. Ailə hökumətdən 500 milyon dollar təzminat tələb edir. Maraqlıdır ki, özünü messenant, xeyriyyəçi, Kilsə müdafiəçisi kimi təqdim edən Samvel dəfələrlə bildirib ki, sözügedən şirkət ona heç bir xeyir gətirmir. Kiprdən olan investor kimi Ermənistana qarşı iddialar qaldıran Karapetyan eyni zamanda özünü Ermənistandan olan iş adamı kimi təqdim edərək Fransaya qarşı iddialar qaldırır. Əslində isə rus kuratorlarının Ermənistana, Fransaya qarşı sifarişlərini yerinə yetirən rusiyalı iş adamıdır. Ehtimal etmək olar ki, diasporun sifarişi ilə Samvel Karapetyan məsələsi hələ uzun müddət Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə ediləcək.

Göründüyü kimi, Vaşinqton Bəyannaməsi Ermənistanda bir sıra siyasi qurumların, partiyaların, revanşistlərin kürkünə birə salıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş yüksək rütbəli məmurları tərəfindən yaradılan Ümumeməni Diplomatlar Şurası da açıqlama verərək bildirir ki, Vaşinqton razılaşması Cənubi Qafqazda yeni bölücü xətlər yarada və kövrək tarazlığı poza bilər. Əslində sənədin dünyanın əksər dövlətlər tərəfindən alqışlandığını, sülhün bərqərar olması üçün böyük bir addım olduğunu nəzərə alsaq, belə bir açıqlamanın hansı diplomatiyadan xəbər verdiyini, revanşistlərə xidmət etdiyini anlamaq olar.

Paralel olaraq, Serj Sarkisyanın Respublikaçılar partiyasının açıqlama verərək, Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandırması, Ermənistanın maraqlarını qorumadığını bildirməsi, sənədin ölkənin suverenliyini təhdid etməsi, Qarabağ ermənilərinin hüquqlarının pozulması kimi şərh etməsi də yuxarıda qeyd edilən revanşizmin təzahürləridir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğvinin də Respublikaçılar partiyasını təşvişə salması sübut edir ki, bu siyasi qüvvə sülhün imzalanmasında maraqlı deyil və ölkənin inkişafını, Azərbaycanla münasibətlərin normallaşmasını qəti şəkildə istəmir. Hər zaman olduğu kimi, Qarabağ erməniləri kartı da bu partiyanın bəyanatında müəyyən konturlarla verilib.

Sarkisyan partiyasının bəyanatından da görünür ki, Paşinyanın bu sənədi imzalaması Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur. Bu isə Serjin Kremldəki ağalarının sifarişlərini yerinə yetirən, canla-başla xidmət edən siyasətçi olduğunu bir daha sübut edir.

Eyni fikirlərlə Hayastan fraksiyası, yəni Robert Köçəryanın lideri olduğu siyasi qurum da çıxış edib. Fraksiya açıqlama verərək bildirib ki, Vaşinqton Bəyannaməsi yeni ekzistensial təhdidlərlə doludur. Köçəryan tərəfdarlarının fikrinə görə, sənəd Azərbaycanla Ermənistan arasında sülhü ehtiva etmir, əksinə, bir sıra təhlükələr mövcuddur. Bu fraksiya da Serjin tezisini təkrarlayaraq, yenə də Qarabağ və Qarabağ erməniləri kartından, Bakıdakı separatçılardan uzun-uzadı açıqlama verərək, xalqın fikrini bulandırır, sənədin Ermənistanın maraqlarına zidd olduğu barədə sərsəm fikirlər səsləndirir. Hayastan fraksiyasının fikrinə görə, Ermənistan bu “dalandan” sadəcə siyasi rejimi devirərək çıxa bilər. Yəqin ki, Köçəryan bu məsələdə Kremldəki havadarlarına ümid edir. Çünki artıq Rusiya humanitar yardım adı altında Ermənistanda bir sıra layihələrin icrasına start verib. Növbəti hədəfdə erməni məktəblilərin qidalanmasına 25 milyon dollar ayırmaq nəzərdə tutulub. Moskvanın bir sıra qurumlarının xeyriyyə və humanitar yardım adı altında hansı işləri gördüyü isə bütün dünyaya məlumdur.

Qısacası, Vaşinqton sənədi erməni müxalifətinə ciddi zərbədir. Artıq revanşistlərin hakimiyyətə qayıtmaq, destruktiv fəaliyyətlə məşğul olmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına ziyan vurmaq planları suya düşüb. Çox güman ki, 2026-cı il seçkiləri hakim “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi ilə yekunlaşacaq. Çünki Vaşinqton Bəyannaməsi Paşinyana müxalifətə qarşı kart-blanş verir və keçirilən sorğular da sadə erməni vətəndaşının sənəddən razı olduğunu üzə çıxarır. Serj və Robertin timsalında erməni müxalifətinə isə kəndin hay itləri kimi ağız-ağıza verib hürüşməkdən başqa bir yol qalmır.(Report)

Continue Reading

Previous: Azərbaycan ilə Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarət və turizmi inkişaf etdirməyi planlaşdırır
Next: Tramp: Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır

Bölmənin digər xəbərləri

Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək
  • Cəmiyyət

Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək

2 Fevral, 2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib
  • Cəmiyyət

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

2 Fevral, 2026
Əziz gənclər, bayramınız mübarək!
  • Cəmiyyət

Əziz gənclər, bayramınız mübarək!

2 Fevral, 2026

Top 7 Xəbər

Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək 1

Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək

2 Fevral, 2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib 2

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

2 Fevral, 2026
Məktəblərdə qış tətili başa çatdı 3

Məktəblərdə qış tətili başa çatdı

2 Fevral, 2026
Əziz gənclər, bayramınız mübarək! 4

Əziz gənclər, bayramınız mübarək!

2 Fevral, 2026
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 5

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 6

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 7

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 800)
  • Dünya (3. 161)
  • Gündəm (11. 003)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8800) Dünya (3161) Gündəm (11003) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək 2 Fevral, 2026
  • Prezident Gənclər Günü münasibətilə paylaşım edib 2 Fevral, 2026
  • Məktəblərdə qış tətili başa çatdı 2 Fevral, 2026
  • Əziz gənclər, bayramınız mübarək! 2 Fevral, 2026
  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.