Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA
  • Cəmiyyət
  • Gündəm

Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA

Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 598 332 nəfəri ölkədə
Cavidan 7 İyul, 2025
5564cc96-cdbd-3a5e-84e4-d6b2af7f0014_850

Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 598 332 nəfəri ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.

“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 161 162 nəfər. Amma bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % azdır.

Hindistandan gələn məmnun turistlərin sayı 85 457 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 % artım deməkdir. Türkiyədən gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 71 004 nəfər təşkil edib ki, bu da illik müqayisədə 33,8 % çoxdur.

Bununla yanaşı, 71 864 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da ötən ilin eyni dövrünə nisbətən 8,4 % azdır.

Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb – 18 974 nəfər. Lakin bu göstərici də illik müqayisədə 28,7 % azalıb.

Narazı turistlər arasında Hindistandan olanların sayı 5,2 % azalaraq 10 565 nəfər, Türkiyədən olanların sayı 19,5 % artaraq 9 247 nəfər olub.

Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 15 830 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 5 157 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 5,6 % artım deməkdir.

Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 6 699 nəfər təşkil edib ki, bu da illik müqayisədə 4,5 % azdır.

İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 12 606 nəfər bildirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,9 % azalma deməkdir.

Ən böyük artım turagent və turoperatorların xidmətləri ilə bağlı narazılıqda qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 11,2 % artaraq 3 334 nəfərə çatıb.

Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 16 % azalaraq 7 371 nəfər olub.

5 ay ərzində xarici turistlər Azərbaycanda ümumilikdə 1 milyard 224,75 milyon manat pul xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

O cümlədən, turistlərin nəqliyyat xərcləri 569,5 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 4,9 % çoxdur.

Hesabat dövründə yerləşmə xərcləri 6,8 % artaraq 252,8 milyon manata, qidalanma xərcləri isə 4,8 % azalaraq 221,2 milyon manata, mədəniyyətlə bağlı xərclər 45,6 % artaraq 6,9 milyon manata, turizm zərfinin alınmasına çəkilən xərclər isə 2 % artaraq 545 min manata çatıb.

Bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 24,6 %-i Rusiya, 17,7 %-i Türkiyə, 10,7 %-i Hindistan, 8,6 %-i İran, 4,4 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail, hər birindən 1,9 % olmaqla Özbəkistan və Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,2 %-i digər ölkələrin vətəndaşları olub, 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
Next: Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.