Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
  • Cəmiyyət

“The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir

Ermənilərin Azərbaycanın maddi və mədəni irsini məhv etməsi təkcə Azərbaycana deyil, həm də ümumbəşəri dəyərlərə qarşı vandalizm aktıdır.
Cavidan 7 İyul, 2025
3b7ed4b3-dd9b-3823-8bff-646393bb75fc_850

Ermənilərin Azərbaycanın maddi və mədəni irsini məhv etməsi təkcə Azərbaycana deyil, həm də ümumbəşəri dəyərlərə qarşı vandalizm aktıdır.

Bu barədə “The Gulf Observer” yazır.

Materialda qeyd olunur ki, erməni işğalının üç onilliyi ərzində 700-dən çox tarixi abidə, 100 mindən çox eksponatı olan 22 muzey, 927 kitabxana, 58 arxeoloji abidə, 26 qala və qala divarları, eləcə də digər mədəni irs obyektləri dağıdılıb, qarət edilib və ya qanunsuz mənimsənilib.

Xüsusilə, vurğulanıb ki, Kəlbəcər rayonundakı XIII əsrə aid Xudavəng monastırının qədim əlyazmaları və Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilmiş qiymətli tapıntılar kimi nadir mədəniyyət nümunələri işğal dövründə gizlicə Ermənistana aparılıb.

Qarabağda vandalizm aktları haqqında çoxsaylı reportajlara baxmayaraq, onlar dünya KİV-ində geniş işıqlandırılmayıb. Xüsusilə, qeyd etmək lazımdır ki, işğal olunmuş ərazilərdəki məscidlər mal-qara tövlələrinə çevrilib. Xristian məbədləri də vandalizmə məruz qalıb – Xocavənd rayonundakı iki məbəd döyüş mövqeyi kimi istifadə edilib, xristian dini abidələrinin divarları yazılarla doldurulub. Bundan əlavə, azad edilmiş ərazilərdə bir məbəd tamamilə dağıdılıb, daha 20-si qismən və ya tamamilə zədələnib. Həmçinin, qəbiristanlıqların minalanması və məzarların təhqir edilməsi faktları da qeydə alınıb.

Qeyd olunub ki, bütün bu hərəkətlər UNESCO sənədləri – 1954-cü il Haaqa Konvensiyası, onun iki protokolu, həmçinin 1970-ci il Konvensiyası daxil olmaqla beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

“The Gulf Observer” vurğulayıb ki, uzunmüddətli işğala baxmayaraq, bu gün Azərbaycan öz vəsaiti hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə genişmiqyaslı işlər aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan artıq doğma yurdlarına qayıdır – proqramın birinci mərhələsi 2026-cı ildə başa çatacaq, bu zaman təxminən 140 min insan öz doğma evlərinə qayıtmış olacaq.

Post navigation

Previous: Son dövrlərdə körpələrə qoyulan qəribə adlar – Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar…..
Next: Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 184926
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 180922
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 115911
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 986)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (199)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb Screenshot 2026-08-24 184926 1
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

24 Avqust, 2026
Ukrayna Hikmət Hacıyevi təltif etdi Screenshot 2026-08-24 180922 2
  • Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

24 Avqust, 2026
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar Screenshot 2026-08-24 170453 3
  • Kateqoriyasızlar

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

24 Avqust, 2026
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 4
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 5
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2986) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (199) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.