Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb
  • Cəmiyyət
  • Gündəm

Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Cavidan 1 İyul, 2025
ade8c37a-d82e-451e-94f9-c067333d6b6e_850

Rusiya üçün beynəlxalq hüquq əhəmiyyət daşımır, orada zorakılıq dövlət siyasətinə qaldırılıb.

Bu sözləri açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində əslən Ağdamdan olan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı həyata keçilən əməliyyat kriminalla mübarizə adı altında etnik təqib aktıdır:

“Hadisə zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla öldürülüb. Onlarla insan zorakılıqla saxlanılıb. Bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rusiya baş verən hadisələrlə bağlı hüquqi əsaslarla Azərbaycan və beynəlxalq ictimaiyyətə hesabat verməkdən yayınıb”.

O hesab edir ki, bu hadisənin səbəblərindən biri selektiv repressiya və etnik diskriminasiyadır.

“Rusiya uzun müddətdir ki, Qafqaz və Orta Asiyadan olan miqrantlara qarşı təzyiqlər həyata keçirir. Bu hadisələrin etnik zəmində törədilməsinə ciddi əsaslar var. Azərbaycan diasporu uzun illərdir ki, Rusiyada təşkilatlanmış icma olub. Həmin icmanın fəaliyyətinə yanaşmada Rusiyanın strukturları tərəfindən qeyri-obyektiv yanaşmalar olub. Azərbaycan icmasına qarşı kriminal ovu adı altında bir çox əməliyyatlar keçirilib. Bir çoxları qətlə yetirilib, hətta elə hallar olub ki, Rusiyanın yol polisi nəqliyyat vasitəsi idarə edən azərbaycanlıları təqib edib, onlara qarşı silahdan istifadə edərək qətlə yetiriblər”.

Ə.Nuriyev deyib ki, azərbaycanlıların Rusiyada iqtisadi cəhətdən daha fəal olması bu ölkənin bəzi təsisatlarında qıcıq yaradıb:

“Həmyerlilərimiz orada uğurlara nail olurlar. Bu da Rusiyanın bir çox təsisatlarında qısqanclıq yaradır. Eyni zamanda Qarabağ müharibəsindən sonra Rusiyaya qarşı artan tənqidi ruh bu ölkənin revanşist dairələrində qıcıq yaratmışdı. Bu reydləri Azərbaycan ictimaiyyətinə qarşı təzyiq kimi də qiymətləndirmək olar”.(“Report”)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Van Çuanmen: “Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək”
Next: DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.