Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Van Çuanmen: “Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək”
  • Dünya
  • Gündəm

Van Çuanmen: “Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək”

Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib. Qatar ümumi dəyəri 15 milyon yuandan
Cavidan 1 İyul, 2025
24bd7f8e-1be0-3c95-82f2-11349715c26d_850

Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib.

Qatar ümumi dəyəri 15 milyon yuandan çox (təxminən 2,093 milyon ABŞ dolları) olan avtomobil ehtiyat hissələri və mexaniki avadanlıqlarla yüklənmiş 104 standart konteynerdən ibarətdir.

Məlumata görə, qatar ötən gün Pekinin Fanşan rayonundakı stansiyadan yola düşüb.

Bildirilib ki, qatar Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos keçid məntəqəsindən keçərək Qazaxıstanın Aktau Xəzər limanına gedəcək. Daha sonra yüklər dəniz yolu ilə Ələt limanına, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.

Marşrut “dəmir yolu – dəniz – dəmir yolu” multimodal sxemi üzrə həyata keçirilir. Ümumi yol uzunluğu 8 000 km-dən çoxdur və çatdırılma müddəti təxminən 15 gün təşkil edəcək. Bakıya çatdıqdan sonra konteynerlerin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və regionun digər ölkələrinə yönləndiriləcək.

Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmenin sözlərinə görə, marşrut Çin – Avropa qlobal nəqliyyat şəbəkəsinin cənub qolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tərkibinə daxildir.

“Multimodal prinsipin istifadəsi ənənəvi dəniz logistikası ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və Xəzər regionu, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri, həmçinin Mərkəzi, Şərqi və Qərbi Avropa daxil olmaqla əhatə coğrafiyasını genişləndirməyə imkan verir”, – o vurğulayıb.

Çin Dövlət Dəmir Yolu Korporasiyasından bildirilib ki, yeni marşrutun açılması Pekin və ətraf regionların müəssisələri üçün rahat və səmərəli logistika kanalı yaradır. Bu, logistika xərclərini azaltmağa, ixrac potensialını artırmağa və Çinin Azərbaycan və regionun digər ölkələri ilə ticari-iqtisadi əlaqələrini gücləndirməyə imkan verəcək.(Report)

Post navigation

Previous: Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Next: Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 151828
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 144155
  • Gündəm

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 984)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 1
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 2
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026
UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək Screenshot 2026-08-24 144155 3
  • Gündəm

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

24 Avqust, 2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib Screenshot 2026-08-24 115911 4
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

24 Avqust, 2026
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik Screenshot 2026-08-24 112526 5
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2984) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (198) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.