Skip to content
28 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib
  • Gündəm
  • Siyasət

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib

Cavidan 27 May, 2025
9093e634-f192-3ff6-b1a8-a503ebd53d45_850

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.

X X X

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.

Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.

X X X

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Next: MM-də həkimlərin sertifikasiyadan keçmə yaş həddinin 70-ə qaldırılması təklif edilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-28 121257
  • Gündəm

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Cavidan 28 İyul, 2026
Screenshot 2026-07-28 092010
  • Dünya

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Cavidan 28 İyul, 2026
Screenshot 2026-07-27 130653
  • Cəmiyyət

Küləkli havaya görə dənizdə dalğa artacaq

Cavidan 27 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 805)
  • Dünya (3. 469)
  • Gündəm (11. 975)
  • İdman (679)
  • İqtisadiyyat (609)
  • Kateqoriyasızlar (527)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

XİN Perunu Milli Günü münasibətilə təbrik edib Screenshot 2026-07-28 121257 1
  • Gündəm

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

28 İyul, 2026
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib Screenshot 2026-07-28 110934 2
  • Cəmiyyət

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

28 İyul, 2026
Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır Screenshot 2026-07-28 102019 3
  • Cəmiyyət

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

28 İyul, 2026
Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır Screenshot 2026-07-28 095848 4
  • İdman

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

28 İyul, 2026
Azərbaycan neftinin qiyməti 95 dollara düşüb Screenshot 2026-07-28 094531 5
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

28 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9805) Dünya (3469) Gündəm (11975) Kateqoriyasızlar (527) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (679) İqtisadiyyat (609)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.